İnsan tövhid ağacına bənzəyir ki, onun meyvəsi ilahi
sifətlərin insanda zühur olmasıdır. O ağac bu səməri
gətirməyincə kamil deyildir. İnsanın kamal həddi Allaha
qovuşmaqla nəticələnir. Yəni, o, Allah-taalanın sifətlərinin
zahir oduğu yerə çevrilir. Çalışın ilahi sifətlər sizdə canlansın.
O, kərimdir, siz də kərim olun. O, rəhm edəndir, siz də rəhm
edən olun. O, eybləri gizlədəndir, siz də eybləri gizlədin.
İnsanın dərdinə dəyən şeylər ilahi sifətlərdir. Yerdə qalan
heç bir şey insanın dərdinə dərman etməz, hətta ismi-əzəm də.
Əgər tövhiddə qərq olsan, hər an Haqq-taalanın
mərhəmətlərindən bəhrələnəcəksən. Hər an yeni-yeni
mərhəmətlər vücudunu bürüyəcək.