Həyatıma rəng qatdın...Səninlə tamamlandıq.Səninlə şükr etməyi öyrəndim.Həyatdakı yorğunluqların mənasız olduğunu öyrəndim.Bircə gülüşünlə məktəbin çətin zamanlarında məni aydınlatdın.Səninlə əsl sevgini,dəyər və qayğı hissini öyrəndim.Heç kəs mənə sənin kimi dəyişə bilməzdi.Bu sözləri yazanda belə səninlə keçirdiyim xatirələr gözümün qarşısından keçir.Səninlə keçirdiyim hissləri heç kəs yaşaya və hiss edə bilməz, yazmağa sözlər yetməz.İndi gözyaşım tutur,nə edim səni çox istəyirəm.Hər zaman saxta gülüşlər arasında sənin gülüşün belə qalsın,hər zaman yalançı insanlar arasında belə sevgidolu ol.Hələ də balaca olanda qucağımda gəzdiyin,məktəbdən yorğun gələrkən məni şirin səsinlə çağırmağın yadıma düşür.Səninlə qarşımızda uzun yol var.Və biz bu yolu çox gözəl gedəcəyik.Hər zaman sənin yanında olacağıma söz verirəm..