Seyyam

Seyyam
@MusaTurk
19 okur puanı
Eylül 2020 tarihinde katıldı
Deyir sən səmasan qalan hər kəs hava şəraiti )
Reklam
Hər dəfə bu cümləni normal günlərdə unuduram. Amma vaxtım düşüncələrimdə keçəndə yenə xatırlayıram. Həyatda ən dəyərli cümlələr səndən əvvəl o yolu keçib görmüş adamdan eşitdiyin fikirlərdir. Sadəcə öz potensialınla həmin fikirlərin harmoniyasını "time is money" ifadəsini unutmamaqla yaratmalısan.
Kim göz yaşlarını gizlətmək istəyirsə, yağışın damlaları altında doyunca ağlaya bilər... 20.09.2025 Bakıda yağış yağır...R
Sanki günlər qaçır, mən isə yetə bilmirəm. İşlər üst-üstə yığılır, arzular təxirə qalır. Nə qədər çalışsam da, vaxt heç nəyə çatmır. Hər gün bir yarış kimidir. Planlar çox, amma saatlar az. İstədiklərim yolun kənarında qalır, mən isə yorğun addımlarla zamanın arxasınca qaçıram. Elə bil vaxt məni yox, mən vaxtı izləyirəm – amma heç vaxt çatmıram. Elə bil həyat sürətini artırıb.
Tək başına xoşbəxt olabilənlərin həyatına daxil olmaq asan deyil...
Reklam