Daha son ümidə ümid qalmayıb,
Qalsa yollarına baxardım, olmur...
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur...
Yanında, elə bil, yersiz qonağam,
Mən sənə günaham, suçam, yasağam.
Sən güllə deyilsən, mənsə qorxağam...
Səni öz başıma sıxardım, olmur...
Neyləyək olmadı, çatmadı gücüm,
Elə bil, tutmadı bürcünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gərək ürəyimi çıxardım, olmur...
Qoca Bakı nə dindir nədə danışdır məni
Düşüncələrim ruhum məndə deyil artıq
Qarlı, çovğunlu yolumda işığımı tapdım
Ruhum işığın parıltısındadır artıq
Bu gecə danışdırma məni....
Gəl əyləş yanımda səs küyünlə, soyuğunla, çılğın küləyinlə
Paylaş küçələrini bizimlə
Gəzək adım - adım küçələrinlə
Gəl əyləş yanımda vərəqlə meni....
Susuram sakit, səssiz lap kitablar kimi....