Oxunub qurtarmış kitab deyiləm, Götürüb qoyasan kitab rəfinə.
Arabir təkrarçın karına gələm,
Açıb oxuyasan başqa birinə.
Nə də simi qırıq köhnə bir taram,
Evin bir küncünə asasan məni.
Bir gün tənha qalıb darıxan zaman
Sim salıb köksünə basasan məni.
Səninçin deyiləm bayram paltarı, Şənlikdən - şənliyə yadına düşəm Gözləyə bilmərəm bi bayramları,
Durub gözləməyi öyrənməmişəm.
Saxlaya bilməzsən ehtiyyat kimi
Məni həmişəlik ehtiyyatda sən.
Heç kim verə bilməz mənim yerimi, Çətin başqasını əvəz edəm mən.
Nüsrət Kəsəmənli