Hünər heç bir sıxıntı və çətinliyin olmadığı vaxtda Allahla ünsiyyət qurmaqdır.Peyğambər(s)buyurur:”Asayişdə özünü Allaha tanıt ki,çətin gündə səni tanısın”
“Həmd qapısı bağlanmayan,saili qovulmayan,arzu edəni naümid olmayan Allaha məxsusdur”Yəni Allahın qapısı heç zaman bağlanmaz.Onunla ünsiyyət qurmaq istəyən heç zaman qovulmaz.Onu arzu edən isə arzusunda naümid olmaz və ona qovuşar.