26.07.2024____26.07.2025
Şükür ki bir il öncə bu gün bu izzətli geyim-təssəttür mənə nəsib oldu.Allahdan arzum son bir anıma qədər bunu layiqincə başımda və qəlbimdə daşıya bilməkdi.Daxilən və xaricən təsəttürün əzəmətini qoruyub saxlaya bilmək.Bir çox insan bu addımı atmaq istəyir ,lakin tərəddütdədir.Bunu demək istəyirəm ki,o ağlınızda özünüzə qoyduğunuz qadağalar sadəcə şeytanın vəsvəsəsidir.Ən böyük vəsvəsə isə “Hələ tezdir”sözüdür.Bunu ətrafınızdakı insanlarda təsəttür fikrinizi onlara bildirdikdə sizə deyə bilərlər.Amma bunu bilin ki o sözü deyənlər ölümü ertələyə bilməz və hər biri maksimum bir yerə qədər(qəbrin qapısına) qədər sizinlə bərabər ola bilərlər.Bu Allahın əmridir!
Və bir gün siz bunun hesabını Allaha TƏK verəcəksiniz.Qorxmalı bir şey yoxdu,siz bir addım atın,bu yolda sizin yanınızda Allah var,qarşınıza çıxan manelərdə,çətinliklərdə ötüb keçəcək.Amma dərk etsək ki bu fədakarlığı kimin yolunda etmişik,o manelər və çətinliklər başımızın tacı olar.Unutmayaq ki bir şey fəda edildiyi şeyin nisbətində dəyər qazanar.Ertələməyək ! əcəl xəbərsiz gəlir.