Nargiz

Nargiz
@Nargis33
Puan vermedi·304 syf.··
2025 1. kitabı
Kitab iki gəncin gecikmiş sevgi hekayəsinə əsaslanır. Zamanında toplum,ailə,sosial mövqe faktorlarını nəzərə alaraq qovuşa bilməyən iki gəncin illər sonra təkrar yeni insanlar olaraq,fərqli xarakterlə,fərqli olğunluq səviyyəsindəykən təkrar qarşılaşmasını,artıq qərarları özlərinin verəcək olması,kənar təhriklərə məruz qalmadan öz gələcəklərinə yönəlmələrini oxumağa dəyərdi. İki gəncin 8 il boyunca sevgisinə sadiq qalması,qovuşmayacaqlarına inansalar belə,başqalarına yönəlməməsi sevginin zamana məğlub olmadığını göstərir. Xoş əhval yaradan klassik sevgi romanlarından biri idi.
TəhrikJane Austen · Teas Press · 03,540 okunma
Reklam
Puan vermedi·472 syf.··
2024 9. kitabı
Əsər 1930-cu illərdə Amerikada kapitalizmin xalqın həyatına təsirini göstərir. Daha yaxşı həyatlar naminə insanların başqa şəhərlərə köçüb,bu yerlərdə yaşadıqları çətinlikləri ətraflı təsvir edir. Əsərdəki ana obrazının "hər şey nə qədər çətin olsa da, biz ailə olaraq ayrılmasaq,hər şeyin öhdəsindən gələrik" fikri hər nə qədər ailə dəyərlərinə istinad etsə də,vəziyyət ailənin də qismən parçalanmasına gətirib çıxarır. İnsanların üzləşdiyi çətinliklərin incəliklərinə qədər təsvir olunması oxucunun hekayəni aydın anlamağına imkan verir. Amma yenə də çox axıcı əsər deyil,bəzən ara vermək zərurəti yarandı.
Qəzəb SalxımlarıJohn Steinbeck · Qanun Nəşriyyatı · 201745,6bin okunma
Puan vermedi·160 syf.··
2023 10. kitabı
·
163 günde okudu
·
Okunma: 01 Ağustos 2023 08:39
Kitab cəmiyətdə qadınlara verilən dəyər və azadlıqların dinamikasını tarixən təhlil etməyə imkan verir. Qadınların ədəbiyyatdakı uğurlarını,keçmişdə uğur qazana bilməməsinin səbəblərini,qadınlara qoyulan qadağaları ümumiləşmiş şəkildə izah edir. Qadınların yazdığı əsərlərin durmadan tənqidə məruz qaldığı,onların ciddiyə alınmadığı,qadın və kişi zəkası arasında əsaslı fərqlərin olduğu daim vurğulanan bir cəmiyyətdə,bütün maneələrə rəğmən qadınların öz üslublarına sadiq qalaraq,tənqid və “məsləhətləri” dinləmədən yazmağa davam etməsi həm ilhamlandırıcıdır,həm də digər bütün sahələrdə referans alınmalı bir örnəkdir.Qadın və kişi arasında yaranmalı olan bərabərlik fiziki bərabərlik deyil,cəmiyyətdə hər iki cinsiyyətə bərabər haqların və imkanların verilməsini nəzərdə tutur.Əsərdə “bərabərlik” anlayışı bu şəkildə izah olunur.
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201748,1bin okunma