Hər uşağın danışmağa, anlaşılmağa haqqı var.
Mən loqoped-müəllim kimi xüsusi uşaqlara yalnız səsləri deyil, özlərini ifadə etməyi öyrədirəm.🧩
Xüsusi uşaqların müəllimi olmaq — hər gün bir möcüzəyə şahid olmaq deməkdir.
Onların bir baxışı, bir kəlməsi, bir gülümsəməsi səni dünyanın ən xoşbəxt insanına çevirir. ✨️
Bəzən bir addım irəliləmələri üçün aylarla çalışırsan, amma o addım atıldıqda, bütün yorğunluq yox olur.
Bu iş sevgi, səbir və ürək tələb edir — və mən bu yolu seçdiyim üçün qürur duyuram. 🌷