Bəli, yenə bir kitabın sonuna gəldik.
Etiraf etməliyəm ki, kitabı adına və üz qabığına görə bəyənmişdim, nəhayət əldə etdim və çox həvəslə oxudum.
Oxuduğum romantik əsərlərə tam sürətilə çatmasa da, sevdim. Və yaxşı ki, də oxudum.
Ən azı yeni qələmlə tanış oldum. Müəllifdən oxuduğum ilk əsər idi. Sözsüz ki, yenidən müraciət etməyi fikirləşirəm.
Ən çox incələmə yazmağı ona görə düşündüm ki, Varis Yolçuyev çox incə dəqiqliklə işləyib əsəri. Əsər boyu müxtəlif zamanlarda müxtəlif insanların həyatından elə məharətli ardıcıllıqla yazıb ki, həqiqətən dəyərli yazıçımıza əhsən düşür.
İlk başda insanın beyni yanır: " Noldu bunları axrı? Bitməmiş başqası başladı?"
Amma bu belə deyil. Oxuduqca insana hər şey aydın olur.
Bu arada əsərdə elmi araşdırmalara yol verilməsi əsərin keyfiyyət göstəricisini dəfələrlə artırır.
Ənənələrə sadiq qalaraq kitabdan bir neçə misra:
Ayrı düşdük aylar ötdü, il oldu.
Könlüm sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, gönçə açdı, gül oldu.
Neyçün səni bəs unuda bilmirəm?...