Narmin İbrahimova

Narmin İbrahimova
@Narmin_ibrahimova
Carpe Diem
Human Resources
UNEC
Azerbaijan, Baku
Azerbaijan, Zagatala
18 reader point
Joined on December 2020
426 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 441 days
Brilyant məsələsi…
Cəmşid Əmirov’un ən məşhur əsərlərindən sayılan “Brilyant məsələsi” dedektiv janrda olan əsərdir. Əsərin əvvəli axıcı və maraqlı irəliləyirdi, ancaq ortalara doğru sıxıcı olmağa başladı. Doğru hədəfi tapana qədərki hissə, yəni oğruların kimliyinin dəqiqləşdiyi hissələr o qədər də yaxşı işlənilməmişdir mənim fikrimcə. Lakin sorğuların olduğu hissə çox maraqlı idi. Axıra doğru isə əvvəlki tempinə geri qayıtdı deyə bilərəm. Ümumi olaraq isə əsər maraqlıdır. Dedektiv sevərlər üçün məsləhətli kitabdır deyərdim. Nəticə etibari hər bir halda bu əsəri oxumağı tövsiyə edərdim.
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201675 okunma