Nasrin

Sabitlenmiş gönderi
Qoyun dostunuz və kitabınız az olsun, amma ən yaxşıları olsun!
Sayfa 125Kitabı okudu
Reklam
Elə xatirələr var ki, onlar ömrümüz boyu bizə əzab verir. Qarşımıza çıxan hər şirin günə bir damcı zəhər qatır.
Sayfa 284 - KörpüsalanlarKitabı okuyor
..Jorj Sand deyib ki, xatirə bizim ruhumuzun ətridir.
Sayfa 284 - KörpüsalanlarKitabı okuyor

Reader Follow Recommendations

See All
O günün xatirəsi indi ağır bir daş kimi ürəyimi sıxırdı. Doğrudanmı, hər bir həvəsdən, xeyirli hesab elədiyin işdən axırda bu cür ağır, kədərli xatirədən başqa heç nə qalmır?! Doğrudanmı, məyusluq bizim son mənzilimizdir…
Sayfa 277 - KörpüsalanlarKitabı okuyor
Gəlin dünən qopan tufan kimi biz də öz böyük həqiqətimizlə hər şeyi alt-üst eləyək. Yüz min illərdən bəri insanlara çətin görünən mətləbi biz asan eləyək!..
Sayfa 257 - KörpüsalanlarKitabı okuyor
Reklam
Dünyanın işi əzəldən belədir. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir.
Sayfa 256 - KörpüsalanlarKitabı okuyor
Öz hislərimizi bir-birimizdən gizlətməyə bizi nə məcbur edir? Dünya bina olandan indiyə qədər davam edib gələn bu ikiüzlülük insanları təngə gətirməmişdirmi?
Sayfa 253 - KörpüsalanlarKitabı okuyor
Mənim köhnə neft ustası olan qoca babam həmişə deyərdi ki, insan dünyaya bir dəfə gəlir. Ona görə də, həmişə namusla yaşamalıdır. Başqasının yanında alnıaçıq olmalıdır. Mən indi babamın sözlərini xatırlayıb düşünürəm ki, əgər, bu dünyada namusla yaşamaq, aldatmamaq mümkündürsə, nə üçün belə etməyəsən?!
Sayfa 250 - KörpüsalanlarKitabı okuyor
Mən istəsəydim, Səriyyədən də yaxşısı ilə evlənə bilərdim, lakin bu “yaxşı” mənim üçün ancaq ondan, onun bütün varlığından ibarət idi.
Sayfa 248 - KörpüsalanlarKitabı okuyor
İndisə, bütün həyatımı daim irəliyə, əbədiyyətə sövq edən məhəbbətin yaz seli kimi qopub gəldiyi bir zamanda mən onu həmişəlik itirmək qorxusu qarşısında idim.
Sayfa 247 - KörpüsalanlarKitabı okuyor
Reklam
Onun gülümsəyən qara gözlərinin dərinliklərində indiyə qədər mənə məlum olmayan bir aləm var idi. Bu aləmdə hər şey təzə və maraqlı idi.
Sayfa 222 - KörpüsalanlarKitabı okuyor
..sirlər həmişə insanların arasında bir böyük sədd olmuşdur. Bu səddi uçurub dağıtmaq lazımdır. Həqiqi birlik, həqiqi yoldaşlıq ancaq bu zaman ola bilər. O səddi uçurmaq nə qədər çətin olsa da, biz bunu bacarmalıyıq!
Sayfa 209 - KörpüsalanlarKitabı okuyor
Qapıdan dolan sərin meh üzümə toxunub saçlarımı tərpətdikcə, mən öz gözəlliyimi daha dərindən hiss edirdim. Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm. Mən əsl və qüdrətli həyatın özüyəm! Mənsiz bu dünyada yaşamaq heç nəyə dəyməz.
Sayfa 194 - KörpüsalanlarKitabı okuyor
Lakin biz insanlar anadan qəribə doğulmuşuq. Bizim kim olduğumuzu duyub-dərk edə bilmək üçün dünyaya bir yox, yüz minlərlə loğman gəlib-getməlidir.
Sayfa 194 - KörpüsalanlarKitabı okuyor
Həyatda hər şey necə gözəl, necə könülaçandır! Nə üçün mən əvvəllər bunu o qədər də aydın hiss etmirdim?.. Bir neçə gün bundan qabağa qədər bu bahar, bu duyğular haradaydı?
Sayfa 162 - KörpüsalanlarKitabı okuyor
Adil böyük şeylərdən, insanın ali vəzifələrindən danışardı. Deyərdi ki, insan dünyaya daim inkişaf etmək, daha üstün “yaxşı”ya çatmaq üçün gəlmişdir.
Sayfa 159 - KörpüsalanlarKitabı okuyor
238 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.