Kiçik yaşlarımnan uşaqlara qarşı söznən ifadə edə bilməyəcəyim sevgi var içimdə onlarnan vaxt keçirtmək,əyləndirmək bir söznən onları xoşbəxt etmək o qədər məni qürurlandırıb ki həmişə.Hələ ki kimsəsiz uşaqlar....Onların bizdən tək fərqi sadecə ya ailələri tərəfindən tərk edilmək ya da ki onları hansısa qəza və.s səbəbdən itirməkdir. Düşünün bir yerdə qalırsınız həftələrnən,aylarnan,illərnən ancaq eyni mühit,eyni insanlar....Necə olarsınız?Onların bizə çox ehtiyacı var fərqli insanlara,əyləncəyə və ən əsası xoşbəxt olmağa..Ən saf və təmiz qəlbləriynən onlar layiqdirlər gülümsəməyə.Kifayət qədər günlərimiz varkən niyədə sərf etməyək vaxtımızın bir qismini onlara?