Nərmin Məmmədzadə

Nərmin Məmmədzadə
@Nermin_kitab
Kimsə yaşayacağı fərqli, daha gözəl və ağlasığmaz bir kainat xəyal etmədi. Halbuki, bu sürətlə hərəkət edən dünyada kainatın özü belə daim dəyişməkdədir. Kainatda sabit qalan heç nə yoxdur. Geridə qalanlar... Nərmin Məmmədzadə
Seni Dert Etmeler
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Kimsə yaşayacağı fərqli, daha gözəl və ağlasığmaz bir kainat xəyal etmədi. Halbuki, bu sürətlə hərəkət edən dünyada kainatın özü belə daim dəyişməkdədir. Kainatda sabit qalan heç nə yoxdur. Geridə qalanlar... Nərmin Məmmədzadə"
Uşaqlar qızıl tozu səpələnmiş kimi par-par parıldayan qumluqda uzanmışdılar. Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun üzündə sürüşdürürdülər. Narın ləpələrə toxunub şütüyən daşlar şıldır yerdə qurulamış qovaq ağacına qədər gedirdi. Şamxal daş atmaqda bəhsə girən uşaqlara, budaqları lillənib qalan çiləkənə, ağacı yerindən tərpədə bilməyən boz-bulanıq sulara baxdı. Elə bil gücsüzlüyünü hiss edən sular hirslənib kötüyün ətrafında fırlanırdılar. Bunlara əhəmiyyət verməyən çılpaq bir uşaq isə ağacın üstündə oturub suya qarmaq atırdı. Şamxal ixtiyarsız olaraq köksünü ötürdü. Axı o da cəmi altı-yeddi il bundan əvvəl, bu uşaqlar kimi çimib, qumsallıqda eşələnirdi. Yoldaşları ilə birlikdə üzə-üzə Kürü keçib meşəyə adlayardı. Axşama qədər moruqdan, cır meyvələrdən yeyər, qaranlıq qarışanda isə sal bağlayıb, bəri üzə qayıdardılar. Bəzən də istilənmiş qara camışları suya töküb çimizdirər, sonra da şığıyıb Kürdən keçirərdilər. Fınxıra-fınxıra üzən kəllərin quyruğundan yapışıb Kürü adlamaq onlara ləzzət verərdi. Şamxal birdən-birə qocaldığını hiss edən adamlar kimi uşaqlığını xatırlayıb kədərləndi. İsmayıl Şıxlı "Dəli Kür"
1000Kitap