Nəzrin

Nəzrin
@Nezrin2345
Bəzən o qədər yorulur ki, insan...
Reklam
Xoş gecələrə, xoş sabahlara...
Həyata tutunmağa bir səbəb axtarıbda tapmarıq bəzən. Fərqində olmarıq sahib olduğumuz bütün yaşam səbəblərimizin.Məsələn, hər oyananda parlayan günəşi görən gözlərimizə, onu görəndə dayanmadan atan qəlbimizə,danlasa da bir valideynimiz varlığına, və daha nələrə...Bəzən uğursuz sevgi həyatımızın sonu imiş kimi gəlir... Ama yaşamalıyıq! Bizə ümidli gözlərlə baxan anamız üçün, bizimlə qürur duyan atamız üçün, ən əsası bizə əmanət olunan öz canımıza görə yaşamalıyıq.Güzgüyə baxıbda "Hər şeyə rəğmən yaşamalısan,gülümsəməlisən" deməliyik. Həyatımıza girən hər kəs bizə nəsə öyrədər.Rolu və öyrədəcəkləri bitəndə isə gedər.Bəziləri gəlişiylə, bəziləri isə gedişiylə öyrədər bizə həyatın gerçəkliklərini.Həyatda var ola biləcək bütün gözəllikləri, o qaranlıq gecənin sabahında görəcəksiniz.Sabahınızı xoşbəxt sabaha açacaqsız. Xoş gecələrə, xoş sabahlara...
Nədir ki Sevgi?
Sevgi? Nədir ki Sevgi? Sevgi bir qadınla sevgili olub saatlarca yazışmaq və ya danışmaq deyil, Sevgi bir qadına ümidlər verib ümidlərini qırmaq deyil, istədiyin vaxt barışıb istədiyin vaxt küsmək deyil, özünə bağlayıb tərk edib getməy deyil sevgi. Göz yaşlarına səbəb olmaqda deyil. Sevgi xəyallar qurub o xəyalları yaşamaq və yaşatmaqdı. Küsdürəndə könlünü alıb saçlarına sığal çəkməkdi sevgi hər nə olursa olsun yanında qalmaqdı, Ağlayanda yanağlarından süzülən göz yaşlarını silib gülüşünə səbəb olmaqdı Sevgi.. O qədərdə çətin deyil Sevmək Sevilmək o qədərdə çətin deyil bir qadını xoşbəxt etmək. Gör nə qədər sevgidən qəlbi qırılmış qadınlar var dünyada, düşündünüzmü onlar bir rəsm olsa rəssamı kim olar.?

Reader Follow Recommendations

See All
Xoşuna gəldiyini heç nəyə baxmadan israrla, ayağını yerə dirəyərək istəyən balaca uşaq kimiyik. İnadla, inadla istəyirik ki, həyatda hər şey məhz biz istəyən kimi olsun. Həyat istədiyimizi bizə verməyəndə də təşvişə düşürük, gözlərimiz yaşla dolur, özümüzə yer tapa bilmirik. Hər xırda istəyimiz bizim üçün böyükdür. Qəribə də burasıdır ki, bəzən istədiyimizi əldə edəndən sonra əvvəlki marağımız tamamilə itir və onları lazımsız bir əşya kimi kənara tullayırıq. Elə bil dünənə kimi bunun uğrunda mübarizə aparan biz deyildik. Gəl indi özünü başa düş!
Getmək istəyirəm
Getmək istəyirəm. Sırf kiminsə həyatından deyil, hər kəsi buraxıb getmək istəyirəm. Eşq əzabı, dost xəyanəti, bəxtsizlik hamısını qarşıma çıxan ilk zibil qutusuna tullayıb, getmək istəyirəm. Hər hansısa uzaq bir ölkəyə və ya başqa bir planetə deyil, keçmişə getmək istəyirəm. Yalnız mənə alınmayan oyuncaqlar üçün ağlamaq istəyirəm. Anam məni evə çağıranda "beş dəqiqə də həyətdə oynayım, gələcəm" yalanını əzbərləmək istəyirəm. Yenə də "bənövşə, bənövşə" oynayıb, qışqıraraq "bizdən sizə kim düşər?" soruşmaq istəyirəm. Üst-başımı bulayıb, anam məni saatlarla danlasın istəyirəm. Yenə də qısqanclığın nə olduğunu məktəbdə parta yoldaşım başqa oğlanla danışanda dadmaq istəyirəm. Saatlarla cizgi filmi izləmək, rəngarəng corablar geyinmək istəyirəm. Hər üzümə gülənin ürəyi təmiz, yaxşı insan olmağına inanmaq istəyirəm.Özüm kimi saf, məsum sanmaq istəyirəm...
Reklam
Hər şey yaxşı olacaq.. Bu sözdən zəhləm gedir. Hər şeyin bərbad olduğunu insanın üzünə vurur!
Artıq bir yerdən sonra önəmi qalmır heçnəyin. Saçlarının uzunluğu, qısalığı artığ bir məna daşımır, daramaq üçün güzgü önünə həvəslə qacmırsan. Gözəl görünmək üçün səbəblərində tükənir "əşi əsas rahatlıqdı" deyib kəsib atırsan. Səhərlə gecədə itirir mənalarını. Yatmaq üçün gecəni, şirinçay içmək üçün səhəri gözləmirsən. Günün hər saatı eyni kədərə bürünür. Bir insan çoxmu, bir insan əksikmi heç dərd etmirsən. Varlarsa varlar, yoxlarsa yoxlar sloqanı ilə yaşamağa başlayırsan. Bir vaxtlar insan içinə qaçıb başını qatan, yada insanlardan sıxılıb təkliyə sığınan sən artıq o sən olmursan. Elə həmin yalnızlığı milyon içərisində yaşamağa başlayırsan. Ehtiyac qalmır qaranlıq səssiz otaqlara, çünki o qaranlıq artıq bütün hüceyrələrində yaşayır. Qaranlıq sən olursan. Həyəcanla, maraqla izlədiyin o filimlər artıq sıxıcı gəlməyə başlayır, kitablardakı cümlələr isə anlaşılmazlığını ən üst səviyəyə daşıyır. Yaşamağa səbəb axtardığın vaxtlar başlayır beləcə. Ümidlər hələdə olduğu yerdə qalır. Bəli ümidlər heç bir zaman ölməz. Amma bir zaman sonra onlar belə sıxılır bu yaşamdan sadəcə "olacağı varsa olsun" a sığışıb hədər olub gedir. Sonda bu boşluğun İçərisində "heç" olub gedirsən...
Gör bu nə qədər anormal haldı. Biz bir adamı sevdiyimizi düşünürük və eyni zamanda bu sevdiyimiz adamın heç bir özəl qərarına, seçiminə, istəyinə sayğı göstərmirik. Eqomuz imkan vermir. Biz onun həyatında "hər şey" olmaq "ən önəmli" olmaq istədikcə onu həyatı, rahatlığı, dincliyi, əyləncəsi, stimulu, dəyişikliyi, yenilənməsi üçün vacib olan hər şeydən ayırırıq. Nəticədə onun həyatında gerçəkdən də bizdən başqa heç nə qalmır. Bütünlüklə boş olur. Həvəssizləşir. Biz onun həyat eşqini söndürürük. Biz onun özünü söndürürük. SEVGİ BU CÜR OLMUR! BU HEÇ BİR HALDA SEVGİ DEYİL. BU, EQONUN SAHİBKARLIQ HİSSİDİ!
Uykum beni kaybetti ben de onu......
kímsєsízlєr✿

kímsєsízlєr✿

@kimsesizlerinsehri1
·
16 April 20:42
Yorulan ruhunsa, uyku dinlendirmiyor.
Uzağda qalan qadın.
Mən sevdiyi adamı itirmiş bir qadın deyiləm. Onu heç qazanmamış bir qadınam. Uzağda qalan qadın. Sevilməyən, hətda heç görülməyən qadın. Sevən getməz deyə qayda yoxdur qurban olduğum, sevilmədiyi zaman sevən də gedər.Çox uzağa gedər, özündən belə uzağa. Bir də qayıtmaz, bilər çünki gözləyəni yoxdur geridə. Bəzən arxaya baxmadan getmək lazımdır. Çünki arxaya baxsan, əllərini görsən, qayıdıb qucağlayarsan, gedə bilməzsən. Ona çıxmayan bütün yolların sonu uçurum olardı kaş. Sevdiyi adamı tərk edən qadınlar, əgər varsa cənnət, cənnətə getməli. Çünki bu dünyada yanacağı qədər yanmışdılar artıq...
Reklam
Uzaqlar
Uzaqlar deyə bir yer var. Ora hamımızın adını eşitdiyimiz, amma heç vaxt gedə bilmədiyimiz bir yerdir. Biz ora gedə bilmirik, amma bizdən gedənlər həmişə "uzaqlar" adlı yerə sığınır. Biz isə bu uzaqları sadəcə mahnı və filmlərdə eşitməklə kifayətlənirik. Özü də bura elə bir yerdir ki, Bermud üçbucağı kimi gedən də bir daha geri qayıtmır. Hər halda necə gözəl bir yerdir ki, ora addımını atan xüsusi qonaqpərvərlik və ehtiramla qarşılanır ki, orada olan bir daha qayıtmaq istəmir deyə düşünür insan. Hətta bəlkə də yeganə yerdir ki, bütün ölkələrdən bura tezliklə çatmaq olur. Dünyanın hansı bölgəsində olursa olsun, ayrılan şəxslər bir bilet alıb, həmişə bu "uzaqlar"a qaçırlar. Amma məncə bu "uzaqlar" elə də gözəl bir yer deyil. Gedəni gətirməyən bir yer necə gözəl ola bilər ki?!
"Eğer izin verirseniz insanlar da bir günbatımı kadar harika olabilir. Ben güneşin batışını izlerken kendi kendime "Şu sağ köşedeki turunculuğu azaltalım" demiyorum. Gözlerimin önüne serilişini hayranlıkla izlemekle yetiniyorum."
İşte o günden sonra güneş, ay ve yıldızların ne yaptığı umurumda değil. Gündüz mü, gece mi, bilemiyorum! İçinde yaşadığım dünyada kendimi yitirdim...
İnsanlardan nefret edecek gücü olmadığı gibi onları sevme arzusu da yoktu, kendisine yabancı olan kentle de pek ilgilenmiyordu..
Böyle mi olacaktı, insanı sonsuz derecede mutlu kılan şey, aynı zamanda üzüntüsünün kaynağı mı olmalı?
Bəs zaman hər şeyin çarəsidir deyirdilər, mən niyə zaman keçdikcə çarəsizləşirəm?
Reklam
Yalnız kalmayı seviyor musun?" diye sordu. "Hayır. Kimse yalnız kalmayı sevmez. Ama yalnızlıkla yaşamayı öğrendim."