Kitablar bizə göz, qulaq olar. Əlimizdən tutar. Bizi bilmədiyimiz iqlimlər, eşitmədiyimiz səslər, görmədiyimiz rənglər, dadmadığımız duyğular və hekayəsi olan insanlarla tanış edər.
Könlüm səndən dönən deyil
Gəlmir, xoşuna gəlməsin.
Mən sevirəm qədrimi bil
Nadan tuşuna gəlməsin.
İncit, necə istər kefin
Əzabıma baxıb sevin.
Ölsəm, ağla qoy heyfin
O göz yaşına gəlməsin.
Talehimin üzü sərtdir
Eşqindən dönən namərddir.
Unudulmaq yaman dərddir
Gülüm başına gəlməsin.
Demirəm dağlardan mənə qar gətir,
Meyvəsi bağlardan mənə bar gətir.
Divardan əl boyda daş qopar gətir,
Məni sağlığımda yoxla bəsimdir.
Məni ağ kəfənə bükməyə nə var,
Torpağı üstümə tökməyə nə var.
Bazardan gül alıb əkməyə nə var,
Məni sağlığımda yoxla bəsimdir.
Sinəmi oxlayıb, dağlama mənim
Yolumu, izimi bağlama mənim
Yeddimi, qırxımı saxlama mənim
Məni sağlında yoxla bəsimdir
Cırma üz -gözünü tökmə göz yaşı,
Yığma dost -tanışı, qohum -qardaşı.
Neynirəm süfrədə yağlı bozbaşı,
Məni sağlığımda yoxla bəsimdir.
Mən yazıq aydını gətirmə dilə,
Beş günlük dünyadır yaxşılıq elə.
Öləndə düşmən də ağlayır lələ,
Məni sağlığımda yoxla bəsimdir.
Aydın Qazaxlı
Ah bu uzun sevda yolu,
Vurulurmu başa könül!
Nişan aldım, kaman atdım.
Dəydi oxum kama könül!
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna.
Qaldı hicran umuduna,
Ey qırılan şişə könül.