Nicat Baxşiyev

560 syf.
9/10 puan verdi
·
Read in 16 days
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque
8.9/10 · 439 reads
Reklam
Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq.. Bizə heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi... Ancaq onun da axırı yoxdur... Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
Sayfa 392 - Qanun NəşriyyatıKitabı okudu
- Bir vaxtlar qəhvəyi köynək geyinən adamların qəddarlığı məni Vyanadan didərgin saldı, indi də qara köynək geyinənlərin axmaqlığı İtaliyadan qaçırtdı. Deyirlər, haradasa yaşıl köynək geyinənlər də peyda olub. Yəqin, Amerikada da gümüşü köynək geyinirlər. Dünya da indi bu köynəklilərin əlində qalıb? - Deyəsən. Ancaq bir azdan dəyişəcək, hamı bir nəfər kimi qırmızı geyinəcək. - Qırmızı? - Bəli, qan qırmızısı.
Sayfa 312 - Qanun NəşriyyatıKitabı okudu

Reader Follow Recommendations

See All
- Getməliyəm, -dedi, - xəstəxanada bir kişi can üstədir. - Həkimlər həmişə bəhanə tapır! - bu sözləri Joan asta-asta dedi. - Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə. Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.
Sayfa 297 - Qanun NəşriyyatıKitabı okudu
Qadına ya səcdə eləmək, ya da onu biryolluq atmaq lazımdır. Qalanları yalan şeydir!
Sayfa 270 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Məhəbbət qadını ağıllandırır. Kişini isə dayazlaşdırır.
Sayfa 212 - Qanun NəşriyyatıKitabı okudu
Yalnız sadə şeylər adamı heç vaxt naümid qoymur. Xoşbəxtliyi çox uzaqlarda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlanır.
Sayfa 176 - Qanun NəşriyyatıKitabı okudu
Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır.
Sayfa 176 - Qanun NəşriyyatıKitabı okudu
Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.
Sayfa 172 - Qanun NəşriyyatıKitabı okudu
- Bilirsən,o xoşbəxtlik haradan başlayıb, harada qurtarır? .. - Səninlə başlayıb, səninlə də qurtarır, - Joan dilləndi. - Bunu bilməyə nə var! Ravik heç nə demədi. Fikirləşdi ki, görəsən, nə deyir... - Hələ bir azdan deyəcəksən ki, məni sevirsən, - xeyli sonra dilləndi - Hə, sevirəm... Ravik yerində qurcalandı. - Məni hələ yaxşı tanımırsan axı... - Bunun ona nə dəxli? - Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir. - Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz
Sayfa 150 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Dünyanın bu işinə heç yoxam. İstəyirsən Cəbrayıl ol, axmaq ol, ya da lap cani, heç kim görməz. Amma bircə düymən çatmayanda hamı görür.
Sayfa 114 - Qanun NəşriyyatıKitabı okudu
Nə vaxtsa, kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan..
Sayfa 107 - Qanun NəşriyyatıKitabı okudu
..ilk həyat dərsini aldı: bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir, get! Özünü tox tut! Canıyananlıq dinc dövrlər üçündür, olum ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnlz belə dözmək mümkündür...
Sayfa 106 - Qanun NəşriyyatıKitabı okudu
İnsanlar niyət eləməkdə ustadırlar, amma onu həyata keçirəndə zəif olurlar. Bizim bədbəxtliyimiz də elə bundadır.
Sayfa 95 - Qanun NəşriyyatıKitabı okudu
Hökmranlıq dünyanın ən tez yoluxan xəstəliyidir
Sayfa 94 - Qanun NəşriyyatıKitabı okudu
169 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.