Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Hər səhər yuxudan durub məktəbə, işə gedirik, xəta-balanın bizdən uzaq olduğuna inanırıq. Düşünürük ki, sirena bizdən, ya da doğmalarımızdan ötrü səslənmir, onları uzaqdan eşidirik, kifayət qədər uzaqda olduqları üçün maraqlı gəlir. Elə bilirik ki, sağollaşmağa ərinib arxamızca örtdüyümüz qapıdan içəri yenə sağ-salamat kimi girəcəyik. Bizə elə gəlir ki, bizi yer üzündən silən, kökümüzü qurudan, quru qabığa döndərən hadisələr heç vaxt baş verməyəcək. Evə gələndə yeməyimizi yeyib, bütün axşamı maraqsız şeylərlə öldürüb yatırıq, sabah olanda da durub hər şeyi təkrarlayırıq. Biz "sonra görüşərik" sözünü düşünmədən sadə bir vərdiş kimi deyə bilirik və bu ritmin əbədiliyinə güvənirik; budur məni təəccübləndirən.
Çoxları elə sanır ki, hər bir intihardan əvvəl onun əlamətlərini görmək mümkündür. Əksinə, bəzi intiharlar heç bir xəbərdarlıq işarəsi olmadan baş verir. Lakin bu o demək deyil ki, xəbərdarlıq edənlər də ciddiyə alınmamalıdır. Sən heç vaxt bilə bilməzsən ki, uzaqdan, suyun içində sənə əl edən bir adam salam verir, yoxsa boğulmaq üzrədir. Kiminsə məhz diqqət çəkmək üçün qışqırdığını, bu qışqırtının nə zaman nə ilə nəticələnəcəyini heç kim dəqiq bilmir.