Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nicat Baxşiyev

432 syf.
3/10 puan verdi
·
81 günde okudu
Balıq yeməyi sevmirəm, amma balıq yesəydim daha çox həzz alardım:D
Fikrimcə, çox lazımsız overrated edilmiş bir əsərdir. 10 üzərindən 3 verirəm. İndi isə verdiyim 3'ün və kəsdiyim 7'nin səbəblərini izah edim. Əsərin müsbət cəhətlərindən biri(nə qədər müsbət demək olarsa artıq) bir şeyi nə qədər tez edə bilirsənsə, gecikməmək lazım olduğunu, arada ölümün dayanıb hər an ayrılığa səbəb ola biləcəyini və edəcəyin şeylərin yarım qala biləcək ehtimallarını yaxşı izah edə bilməsidir (amma bu onsuz da şablon bir şey olduğu üçün o qədər də fərqli bişey olmadı). Üstəlik, yapon mədəniyyətinin, yapon düşüncə tərzinin açıq şəkildə göstərilə bildiyi, yapon olmayan birinin onların baxış bucağını anlaması üçün çox hər şeyi izah edə bilən, aydın təsvir edən bir kitabdır( bu da fərqli bişey deyil, digər yapon əsərlərdə də görə bilinəcək bir şeydir). Mənfi cəhətlərdən isə deyə bilərəm ki, əsərdə həddindən artıq, lazımsız erotikliyə, seksuallığa yer verilib. İkincisi, əsərin sonluğu təəccübləndirmədi, normal hadisələrin gedişi idi ki, sanki yarıda kəsdin və əsər bitti. Bu qədər. Xülasə, o qədər də məsləhət görə biləcəyim əsər deyil, əgər boşa sərf edəcək vaxtınız varsa, oxuya bilərsiniz)
Norveç Meşəsi
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202010,7bin okunma