Hamımız səhv edirik, - Sara düşündü, - amma peşman olmaq üçün heç vaxt gec deyil. Bağışlanıb-bağışlanmamaq bizim gücümüzün çatmadığı başqa mövzudur. Təssüf ki, heç bir cəza haqsızlığın qarşısını ala bilməz.Yad adamın dediyi kimi, qorxu, bəlkə də, yaxşı müəllim idi. Amma ən yaxşı müəllim səhvi dürüstlükdə qəbul etmək idi.
Çox təəssüf ki, insanların çoxu həyatlarının dəyərini ancaq sona yaxınlaşarkən anlayır. Xırda-xuruş işlərə görə şikayəylənirlər. Həmişə bədbəxtdirlər. Rifah arxasınca qaçır, doymaq bilmirlər. Ciblərini doldurub şişirəndən sonra da:"Başqaları həyatdan daha çox şey qoparmağı bacardılar", - deyə gileylənirlər. Gerçək dəyərləri görə bilmirlər. Yaşanan hər gün hədiyyədir, ancaq bunu fərq edə bilənlər barmaqla sayılacaq qədərdir. Fərq edə bilmədikləri üçün xoşbəxtıiklərini ayaqlarının altına alıb tapdalayırlar
İnsan varlığının, hər şeydən əvvəl, qorxulardan ibarət olduğunu o günlərdə anlamışdım. Ancaq hər kəsin ən böyük qorxusu fani olmağımız və bizlərdən geriyə heç nəyin qalmayacağı idi. Dünyanın gedişatına bir töhfə vermədən bu dünyadan köçməli olmaq qorxulu, ürküdücü idi