Elə bilir ki, insan problemlərini həll etmək üçün onunla uzun-uzadı danışmaq lazımdır. Amma mən belə düşünmürəm. Fikrimcə, bəzi problemləri danışaraq həll etmək mümkün deyil. İnsan mütləq həmin problemlərlə üzləşməlidir. Üzləşdikdə başa düşürsən ki, əslində, ortaqlıqda qorxulu bir şey yox imiş.
- Saədətində bir qiyməti var. Onu ödəmək lazımdır.
- Mən saədətin əvəzini uşaqlarımla ödəmək istəmirəm.
- Gəl bir dəfə özünü dənizə at. Özünü dənizə atan adam azad ola bilər.
- Yox, Səid. Məndə özümü dənizə atacaq ürək yoxdu.
- Məncə, uşaqlar bəhanədi. Sən özün istəmirsən.
- Bəlkə də. Həyat məni çox sındırıb. O qədər yorğun və kədərliyəm ki, beıə bir qərar verə bilmərəm. Özümü yüz yaşında hiss eləyirəm. Təssüf. Amma, doğrudan da, mən sənə "hə" cavabı verə bilmərəm.
- Amma, Məsum, bununla bizi təzədən məhv edəcəksən.
- Bilirəm. Bu bir növ, intihardın. Birinci dəfə deyil.
Gerçəklə gerçək olmayanları ayırd etmək üçün gerçək olan bir şeyə toxunmalı, gerçək şeydən tutmalıydım. Bu hər hansı əşya ola bilərdi. Amma əsla özünə toxunmamalısan. Belə anlarda öz bədəninə toxunmaq insanı yanıldır.