Xain Ürəyim

Wulf Dorn

Yorumlar ve İncelemeler

Tümünü Gör
452 syf.
·
Puan vermedi
Salamlar. Bu dəfə sizlərə ən sevdiyim yazarın dilimizdə yeni nəşr olunan kitabı ilə gəldim. Kitab satışa çıxan kimi gedib aldım. Vulf Dorn oxuyanlar bilir ki, kitabları necə axıcı, necə maraqlıdır. Bu kitabı da yenə həyəcan, gərilim dolu idi. Kitab Doro adlı qızın dili ilə yazılıb. Doro balaca qardaşı öldükdən sonra ağır depresiya keçirir və halüsinasyonlar görməyə başlayır. Bir müddət psixatriya xəstəxanasında yatır. Çıxdıqdan sonra anası ilə başqa bir qəsəbəyə köçür. Amma qarabasmalar burada da onu rahat buraxmır. Doro bunun real yoxsa qarabasma olduğunu ayrıd edə biləcəkmi? Kitandan çox danışıb spoi vermək istəmirəm. Çünki bu janırdakı kitabları haqqında heç nə bilmədən oxumaq daha həyəcanlı olur. Məncə hər birimizin içində biraz xainlik var. Kitabı oxuyarkən "görəsən bizim içimizdəki xainlik nə vaxt, hansı hadisədə üzə çıxar? Və xain ürəyimiz üzə çıxdıqda nələr edərik? Və ya özümüzü həmin an ələ ala bilərikmi?" deyə düşündüm. Triller janırında oxumağı sevənlər üçün yazarın bütün kitabları çox maraqlı olacağına əminəm. Yazardan oxuduğum 6cı kitabdır və yeri gəlmişkən buradan nəşriyyata səslənib digər 2 kitabı da nəşr etmələrini xahiş edirəm
Xain Ürəyim
Xain ÜrəyimWulf Dorn · Teas Press Nəşriyyatı · 20243 okunma
Reklam
452 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 saatte okudu
... +216
Deməli, triller janrının ustadlarından biri sayılan Wulf Dorn'dan oxuduğum üçüncü əsər. Həqiqətən təqdirə layiq bir əsər olduğu ilə bərabər, məni heç də "şaşırtmadı". Kitabı tam bu gün başladım və bu gün bitirdim. Kitabı oxumağa başladığınız zaman onu yerə qoymaq istəməyəcəksiniz! Həqiqətən nəfəs kəsici idi. Kitabda Wulf Dorn'un digər əsərlərinin baş qəhrəmanlarını da görə bilirdik. Bu isə işin ən yaxşı tərəfi idi. Qısa məzmunu isə belədir: Sinesteziya (ümid edirəm ki, düz yazdım) xəstəliyi olan Doro adlı bir qızın balaca qardaşı ölür. Lakin qardaşının öldüyü günün axşamı xəstəliyinin ucbatından yaddaşını itirir. Və qarabasmaları çoxalır. Ülfingen adlı bir kəndə anası ilə köç edir. Burada yeni bir sirr açılır. Şiddətlə tövsiyə edirəm. Hələlik
Ülvi Osmanlı
Ülvi Osmanlı
Xain Ürəyim
Xain Ürəyim
Wulf Dorn
Wulf Dorn
Xain Ürəyim
Xain ÜrəyimWulf Dorn · Teas Press Nəşriyyatı · 20243 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.