Vulf Dorn'un Fobiya kitabını bu gün bitirdim. Məşğul olduğumdan dolayı sadəcə gecələri oxuduğum üçün gec bitirdim. İndi gəlirəm kitab haqqında düşüncələrimə. Vulf Dorn psixoloji gərilim roman yazmaqda olduqca uğurlu yazıçıdır. İçinin üz qapağı ilə əlaqəsi yoxdur və "oyunbaz" kitabı qədər qorxutmadı məni. Ama bəyəndiyimi söyləyə bilərəm. Sadəcə məni maraqlandıran bir şey var, kitabın sonunda Marka məktub gəlir, və məktubda "Xilas olacağını düşünmə! Bir-birimizlə işimiz hələ bitməyib" deyir, oxuyanlar bilər. Bu da məndə romanın davamı olduğu fikrini doğurur. Oxuyuculardan soruşmaq istəyirəm, bu kitabın başqa mövzuda davamı var mı? Yoxsa romanın bitişi bu şəkildədir? Təşəkkürlər.