Naila Khva

408 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 94 days
“Her nasip vaktine esirmiş.”
“Seyir”… İndiyə qədər oxuduğum ən qəşəng şəxsi inkişaf romanı ola bilərsən. Oxumaqdan çox yaşadığım. Yaşamağı öyrədən, bəzən sərt, düşündürücü, fərqində olmadan dönüşdürücü, amma bəzən də çox əyləncəli, yumşaq, axıcı şəxsi inkişaf kitabı axtarırsınızsa o budur. Kitabdan sonra həyata açılıb radikal qərarlar verməyiniz də qarantidir :D Varsınızsa, xoş mütailələr deməyəcəm, xoş seyirlər. Çünki kitabla yaşamınızı, ruhunuzu seyir edib, özünüzdən bir parça tapmamağınız mümkünsüzdür. Odur ki, yaşayın. Oxuyandan sonra dönüb fikirlərinizi bildirərsiniz. Hə, bir də, qurban psixologiyasında olanlar, “niyə hər şey mənim başıma gəlir, niyə bu belə oldu, niyə həyat üzümə gülmür, kimə nə etmişəm” deyənlər, ən çox özünüzə etmisiniz, özünüzü incitmisiniz, və davam edirsiniz. Şəfalanmağınız bir addımlığındadır, həyat üzünüzə gülür. Yetər ki, siz dəyərləndirə biləsiniz. Oxuyandan sonra təşəkkürü mənə, ya da yazara yox, özünüzə edəcəksiniz…bu yolu seçdiyiniz üçün :D
Seyir
Seyir
Piraye
Piraye
Seyir
SeyirPiraye · Mona Yayıncılık · 202110k okunma
Reklam
71 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 34 days
Stefan Zweig sendromu
Hər il payız, qış aylarında ən azı 1 kitabını mütləq oxuduğum yazar və qəlbə toxunan daha bir kitabı. Bu il də ənənəni pozmadım. Özü qədər insanın varlığını, hisslərini oxuyucuya bütün dəqiqliyi ilə ötürən ikinci bir yazar tanımıram. Kitab rəfimdə özəl bir yeri var. İlk kitab kolleksiyamı da məhz bu yazarın kitabları ilə başlamışam. Kitab eyni vaxtda fərqli bağımlılıqların ardından gedən 2 insanın yaşadığı iztirabları təsvir edir. Ümid edirəm, hər kəs bağımlılıqlardan azad və özünün fərqində olduğu bir həyat yolculuğunu təcrübə edərək yaşayar. Spoiler vermirəm, oxuyacaq olanlara xoş mütaliələr.
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Stefan Zweig
Stefan Zweig
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020128.3k okunma
74 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 33 days
İlk dəfə idi Franz Kafkaya şans verirdim. Yazarı tanıyırdım, haqqında oxumuşdum. Kitabı oxuyaraq sanki özünə bir addım daha yaxın hiss etdim. Yazar kitabda yalnızlıq, anlaşılmamaq, duyulmamaq, görülməmək hisslərini baş qəhrəman Gregorun vəsiləliyi ilə çox qabarıq ifadə edib. Sonluğunu belə gözləmirdim, bu qədər hissizliyin verdiyi çaşqınlıqdan donub qaldım. Oxuyacaq olanlara indidən xoş mütaliələr.
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022225.2k okunma

Reader Follow Recommendations

See All
96 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Ulduzlara hər baxdığımda Kiçik Şəhzadəni xatırlayacam ️
Bu kitabı ilk dəfə uşaq olanda MK nəşrindən azərbaycanca oxumuşdum. Amma yetişkinlik vaxtımda da türkcə yenidən bir şans verdim və çox bəyəndim. Çox incə hisslər daşıyan bir əsərdir. Tərəddüd etmədim deyil oxumağa başlayanda, çünki uşaqlar üçün nəzərdə tutulduğunu düşünürdüm. Amma oxuyanda başa düşdüm ki, kitab elə hamımızın içində var olan uşaq tərəfimizlə danışır, onu oyadır, xəyal dünyamızı rəngləndirir.
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Türkiye İş Bankası Kültür Yayınları · 2020237.3k okunma
240 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 19 days
Həyatı “yaşamaq” lazımdır.
Bu kitabı oxumağa hətta belə gec qaldığımı düşünürəm. Kitabın adı bu şəkildə olsa da, heç də yalnız kişilərə xitab etmir, cəmiyyətin bütün fərdlərinin oxuya biləcəyi kitabdır. Ustad oxucuları bir çox mövzularda, sahələrdə həyatı, anı yaşamağa, keçmişin tabularından, bu günümüzə qədər bizə yeridilən “qaydalar”dan, salındığımız cəmiyyət qəliblərindən azad olmağa çağırır. Oxuduqca zövq aldım; özümü, yaşamımı, nəfəsimi, ruhumu xatırlatdı kitab mənə. “Qadınların kitabı”nı da yaxın zamanda oxuyacam.
Kişilərin Kitabı
Kişilərin KitabıOsho · Qanun Nəşriyyatı · 2014376 okunma
Reklam