Ülviyyə Mikayılova

Ülviyyə Mikayılova
@Ninsu
Sıkı Okur
Mən özümü sənin sayəndə tanıdım, tanıyıb gördüm ki, düşündüyümdən də yaxşıyam.
Sergi Ata
Sergi Ata
#230546442 #228647708
University
Azərbaycan, 6 August 2003
12 librarian point (Last month: 9)
104 reader point
Joined on December 2023
304 syf.
10/10 puan verdi
·
Read in 3 days
Şübhəsiz, qadınlar tarixin gedişinə təsirsiz qalmayıblar....
Yunus Oğuz
Yunus Oğuz
oxuduğum üçüncü əsəridir. (
Cığır
Cığır
,
Səfəvi Şeyxi
Səfəvi Şeyxi
) Demək olar ki , əsərlərinin dili çox rəvan, axıcı və səlisdir. Əsər XVI- XVII əsrlərdə Səfəvi dövlətində hakimiyyətdə olan- Şah I Təhmasib, Şah II Ismayıl və Məhəmməd Xudabəndadan gedir . Xeyrənisə( Məhdi Ülya) farsdır və türklərdən nifrət edir . O siyasət gərəyi Mirzə Məhəmmədlə
Şah Arvadı və Cadugər
Şah Arvadı və CadugərYunus Oğuz · Ol · 20132 okunma
Reklam
520 syf.
10/10 puan verdi
·
Read in 9 days
Azadlıq hərəkatının döyünən ürəyi Firudin
Bu əsərlə tanışlığım 9-cu sinifdə olub . Kəndli- mülkədar münasibətlərindən bəhs edən bir əsər hesab edirdim . Ta ki indiki vaxta oxuyanda bu zəmin altında çatdırılan acı reallıqları bildikdən sonra fikirlərim alt- üst oldu . Mübaliğəsiz deyə bilərəm ki ,bu əsər " Səfillər " əsərini anımsadır . Qayğısız insan taleləri ,azadlıq üçün
Seçilmiş Əsərləri 2.Cild
Seçilmiş Əsərləri 2.CildMirzə İbrahimov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200574 okunma
208 syf.
10/10 puan verdi
·
Read in 6 hours
İsmail Şıhlı
İsmail Şıhlı
qələminə heyran qaldığım, əsərlərini sevərək oxuduğum yazıçıların ən mükəmməli İnsanı həyatda arzuları, ümidləri ,gələcək qayğıları və əsasda ailəsi ayaqda tutur . AXC yaranır ,23 ay müstəqil olur . 28 aprel 1920-ci ildə XI Qızıl Ordu tərəfindən hakimiyyət rusların əlinə keçir . Hər yerdə kolxoz və sovxozlar qurulur. Tabe olmayanlar, qolçomaq sinifi ,mədəniyyət xadimləri ailələri ilə birgə sürgün olunur . Ağalar,xanlar bəylər qaçaqçiliq edir ,yerli hökumətə tabe olmaq istəmirdilər . Həsən ağa uğursuz bir günə oyanır. Ələddinə nə qədər qarşı qoysa da onunla birlikdə ova aparır. Əcəl onu çağırdı. Ələddin talehsiz qəzanın qurbanı olur . Bir həftə sonra toyu olacaqdı. İki böyük və zəhmli həm qohum ,həm də düşmən olan nəsil yenidən üz-üzə gəlir. Amma bu dəfə qarşılıqlı razılaşma olur . Sovet dövründə ailə tamamilə məhv olur . Bəziləri sürgün etdirilir,bəziləri buna tab gətirmir və yolda ölür, bəziləri də haqsızlığın qurbanı olur . İllər beləcə keçir . Sonda Söhrab və Həsən ağa çinara kürəklərini dayayıb ayrı qaldıqları illərin xatirələrini Kür qırağında acı-acı yad edirlər P.S İstər " Dəli Ķür" əsrində, istərsə də " Ölən dünyam " əsrində Kür simvolik olaraq yaradılıb. İnsanları bir - birindən ayıran, həsrət qoyan simvoldur
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011240 okunma

Reader Follow Recommendations

See All
296 syf.
9/10 puan verdi
·
Read in 33 hours
"Açıq kitab" Paxıllığı ,vəzifə sevgisini ,duyğusuzluğu özündə cəm edən Kərim Gəldiyev . Həyatda hər tərəfdən vurulur, cəmiyyətdə pis xislətinə görə yer tuta bilmir ,keçmişi hər dəfəsində ayağına dolaşır. Tələbəsinə vurulur ,digər tələbəsini şərləyib universitetdən qovdurur . Bu azmış kimi onun layihəsini əlindən alıb, öz adını çıxartmaq istəyir.Onun əlaltıları onu dəstəkləyir,hər addımında yanında olurlar .Amma həyat gözəl müəllimdir. Onu etdiklərinin qiyməti ağır olur . Həm həyatı, həm ailəsi, həm də mənəviyyatı məhv oldu . Yaxşılıq qələbə çalır . Sonda Rübabə və Vahidin şad gününə yığışan qohumlar üzlərindəki xoş təəssüratla Səttarzadənin ifasını dinləməsi ilə bitir . P.S Əsər 1941- ci il Böyük Vətən müharibəsinin başladığı vaxtlarda yazılıb. Əsərdə dini məqamlara, sosialist cəmiyyətin yaradılması ,bolşevik təşkilatların təşkil edilməsi kimi fikirlər əsərdə qabarıq şəkildə çatdırılır.
Açık Kitap
Açık KitapMir Celal · Heydər Əliyev Fondu Yayınları · 200649 okunma
240 syf.
7/10 puan verdi
·
Read in 3 days
Məşhur" Əli və Nino" eşqi
Müharibə və sevgi . Bu əsər ilk baxışda sevgi romanı təəssüratı bağışlasada əsərdə yer verilən məsələlərə sətir altı yanaşılıb. 1914-cü illər I Dünya müharibəsi başlayır ..... Hər kəs könüllü olaraq milliyətindən, dinindən aslı olmayaraq müharibəyə yollanır .Əli və Nino sevgisi elə bu faciələr içində parlayan tək işıq idi . Din fərqi olmasına baxmayaraq onlar bir-birinə qovuşur. Xoşbəxt yaşayırlar, qızları dünyaya gəlir . Müharibənin heç vaxt xeyir gətirmədiyini bilirik . Əsərdə erməni- rus birləşmələrinin birgə törətdiyi Mart qırğınları, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və 28 aprel 1920-ci ildə istiqlaliyyətimizi, haqq səsimizi boğdular . Əli xan və dostları da vətənin dar günündə onu tərk etmədi və canlarını, son damcı qanlarını da vətənə qurban verdilər. Əsərin sonluğunu həm bir ailənin ,həm də bir xalqın faciəsi və nisgili ilə bitir.
Əli və Nino
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20102,487 okunma
Reklam
Reklam
Reklam