Gülay

Allah hamını mühakimə edib bağışlayacaq: yaxşıları da, pisləri də, aqilləri də,mütiləri də... Elə ki, hamının işinə baxıb qurtardı, onda bizə deyəcək:“Siz də yaxın gəlin! Yaxın gəlin, sərxoşlar,yaxın gəlin, zəiflər, yaxın gəlin, biabırçılar!” Biz də hamımız utanmadan yaxın gələcəyik, gəlib onun qabağında duracağıq. O deyəcək:“Siz vəhşi heyvan surətində, onun timsalında bir şeysiniz, amma siz də gəlin!” Onda aqillər, idraklılar söyləyəcəklər: “İlahi nə üçün bunları qəbul edirsən?” O da buyuracaq:“Aqillər, ona görə onları qəbul edirəm ki, onlardan heç biri özünü bu şeyəlayiq görməmişdir...” Bunu deyib öz əllərini bizə sarı uzadacaq, biz də üzü üstə düşəcəyik... ağlayacağıq... Onda hər şeyi başa düşəcəyik!..
Reklam
Qiyamət günü gəlib soruşacaq:“ Hanı o qız ki, özünü kinli və vərəmli ögey anasına, başqasının körpə uşaqlarına fəda etmişdi? Hanı o qız ki, o dünyada öz əyyaş, yaramaz atasına, onun vəhşiliyindən dəhşətə gəlməyərək, rəhm etmişdi?” Sonra da deyəcək:“ Gəl! Mən səni bir dəfə bağışlamışam... Bir dəfə bağışlamışam... İndi də sənin günahların bağışlanır, ona göre bağışlanır ki, sən çox şeyi Sevmisen...”

Reader Follow Recommendations

See All
amma özüne qarşı hörmetsizliye yol vermir.
Beli, beli, o hirsli, meğrur, heç kesin qabağında eyilmeyen bir adamdır.
Reklam
Reklam
123 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.