insan ağır acılarını 3dövr müddətində yaşayır məncə. Gerisi yersiz acılardır. İlki yeniyetməlik çağında 2-i gənclik çağında 3-ü yaşı qocalığa doğru getdiyi çağda. Bunlardan ilk 2-ini insan özü isdəməz.isdənmədən olar. Ancağ 3cüsünün günahkarı məhz insan özüdür deyə fikirləşirəm. İlk böyük acımız ilk yeniyetməlik çağımıza giriş etdiyimizi gösdərir. İkincisi də həmçinin ancağ qocalıq dövründə çəkəcəyimiz acının dərinliyi bizim gənckən etdiyimiz səhvlərin xətasından irəli gəlir. Yeniyetməlik çağı adətən 14 yaşdan başlayar. Düşünürəm ki bu elə deyil. Yeniyetməlik çağı qəlbində "əsl" sızıldamanı hiss etdiyin andan, sevdiklərindən birini itirdiyində başlayar və bu şəkildə davam edər.əslində itirmək gözəldir. Nə qədər tez itirsək o qədər tez böyüyər və axmaqlıqlarımızı geridə qoyarıq.
Məncə hər gözəl nəticənin ardında mühit olsa havasızlıqdan boğulacaq qədər səhv olar. Ancağ nəticəni gözəl qılan şey səhvin olması deyil, səhvdən düzgün olanı tutub, bir başqa düzgün olana qərar verdikdə adiyyatsız səhvlərin gətirdiyi nəticələri göz önündə tutub yüksək doğruluq ehtimalları ilə qərar verməkdir.
Beləliklə hər nəticənin ardındaki səhvlər, doğruların açarıdır.
İnsanlar qəribədir çətinə düşdükdə əllərindəki gözəlliyi dərk etməzlər fərqinə varmazlar itirdikdə isə daha başqa gözəllikəri görməz nankorlar.
06.04.23