Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nurlan Ganbarli

Nurlan Ganbarli
@Nurlan94
Mənim nağılımı təsvir edib illər öncə Exupery
136 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
6 Nömrəli Palata
6 Nömrəli PalataAnton Çehov
8.2/10 · 69,8bin okunma
Reklam
Sənət havayı əldə edilmir, o, sənətkarı yeyir.
Sayfa 438Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Hər adamın həyatında elə anlar olur ki, o ayağa qalxmalı, palçığa batmış plaş kimi çırpınıb öz ağrısını-acısını tökməli olur
Sayfa 436Kitabı okudu
Cavan olanda fikirləşirdim ki, həyatda hər şey təsadüfdən, xırda, boş anlaşılmazlıqlardan asılıdır. İllər keçdikcə, anlamağa başladım ki, hər şeyin dərin səbəbləri var. Əksər adamların da labüd aqibəti belədir - onlar uzun müddət işıq axtarmalıdırlar.
Sayfa 252Kitabı okudu
Reklam
İş görmək istəyən, gərək uğursuzluqdan qorxmasın.
Sayfa 250Kitabı okudu
O vaxt - gənclik dövründə o özü-özünü qurban verməyə can atırdı, onu bundan məhrum etdilər. İndi isə, yetkin kişi məhəbbətinin coşduğu anlarda o yalnız özünü həsr etmək istəmirdi, həm də eyni dərəcədə almaq istəyirdi
Sayfa 136Kitabı okudu
Bizim sirli fikirlərimiz həyatda öz ifadəsini tapa biləcəkmi? Ola bilsin sənin qəlbində gur alov atəş saçsın, amma qızınmağa gələn olmasın. Keçib gedənlər yalnız borudan azca tüstü çıxdığını görəcək və öz yollarına davam edəcəklər. De, nə etmək olar? Bu daxili alovu qorumaq, əzizləmək, qızınmaq üçün kimsənin bura yaxınlaşacağı vaxtı səbirlə gözləmək lazımdırmı?
Sayfa 105Kitabı okudu
Vinsent ona əzab verən sıxıntıdan qurtara bilmişdi, özünü ona görə xoşbəxt hesab edirdi ki, öz bədbəxtliyi barədə bir dəfə də fikirləşmirdi.
Mütaliə ona həmişə qəribə bir sevinc gətirirdi, indi isə o, başqalarının qələbəsi və məğlubiyyəti, kədəri və sevinci barədə oxuyarkən şəxsi fəlakətini unudurdu.
Reklam
Siz nə ilə məşğul olsanız, hər şeyi vicdanla edəcəksiniz. Axırda özünüzü tapacaqsınız, bu da həyatınızın təsdiqi olacaq
Hər kəsin özünəməxsus nə isə bir şeyi olur, özünün təkrarolunmaz xarakteri, Vinsent.
Mən onun üçün çox darıxır, artıq özümü aldadır və çalışırdım ki, başqaları da məni aldatsınlar.
Sayfa 142Kitabı okudu
Başa düşə bilmirdim ki, bu şəhərin altmış beş min nəfərə çatan əhalisi nə ilə yaşayır, nə üçün “İncil” oxuyur, nə üçün ibadət edir, nə üçün kitab və jurnal oxuyurlar. Eləcə qəlbiqara halda qalıb, yüz və üç yüz il bundan əvvəl olduğu kimi, indi də azadlığa nifrət edirlərsə, bu vaxtadək yazılan bütün bu kitablar və deyilən sözlər onlara nə fayda verib?
Sayfa 140Kitabı okudu
163 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.