Nurlan Necefov

Nurlan Necefov
@Nurusunkitapligi
1 okur puanı
Aralık 2023 tarihinde katıldı
"Hərb və Sülh" romanının yazarı olan Lev Tolstoy, əgər Tomas Karleylnin qəhrəman ildırım bənzətməsini qəbul etmiş olsaydı, belə deyərdi: "Bəli, bəli böyük bir adam qəhrəmandır, bir ildırımdır.. amma xalq kütləsi nə gil təbəqəsi, nə də saman yığını deyildir. O ildırımı meydana gətirən millətin özüdür. Nə zaman ki bulud topası elektrik yaratsa ildırım da özlüyündən yaranır. Əgər buludlar elektriklə yüklü deyilsə, heç bir zaman şimşək və ya ildırım yaranmaz, yalnızca bulud nəmli bir buxar halında qalar. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini daşıyırsa, ondan ildırımlar doğar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəmli bir buxar yığımından ibarətdirsə, heç bir güc ondan ildırım çıxarda bilməz.
Sayfa 33
Reklam
Karleylə görə millət cansız bir gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətçinin əli dəyməyəcəksə, sonsuza qədər şəkilsiz və hərəkətsiz qalacaqdır.
Sayfa 32
Dövlətlərin tarixi və millətlərin yaşamı da Moskvadakı Dövlət Teatrının binasına bənzəyir. Dövlətin köhnə təməlləri — xalqı idarə etmək üçün uyğun olsa da günümüzdə bu təməllər — köhnə qanunlar - zaman aşırımı nəticəsində qarışıqlığa səbəb olur və kifayət etmir.
Sayfa 29

Okur Takip Önerileri

Tümünü Gör
Dorian, sənə rast gəldiyim andan bəri sənin şəxsiyyətinin fövqəladə təsiri altına düşdüm. Bütün varlığıma, ruhuma, şüuruma, gücümə hakim oldun. Sən mənim üçün, biz sənətkarların gözəl yuxusuna çevrilmiş əlçatmaz bir idealın təcəssümü oldun. Sənə pərəstiş edirdim. Hətta söhbət elədiyin adamları da qısqanmağa başlamışdım. Büsbütün mənə məxsus olmağını istəyirdim. Yalnız səninlə birlikdə olduğum zaman özümü xoşbəxt hiss edirdim. Hətta uzaqda olduğun vaxtda da sənin varlığın, sənin obrazın sənətimdə yaşayırdı. Əlbəttə, bunu heç vaxt sənə bildirmədim. Çünki, bunu başa düşməzdin. Mən özüm də bunu çətinliklə anlayırdım. Yalnız onu bilirdim ki, mükəmməlliklə qarşılaşmışam və dünya mənim gözlərimdə xariqüladə bir gözəllik qazanıb; bəlkə də, bu ifrat bir gözəllik idi, çünki belə dəlicəsinə məftunluqda bir təhlükə var onu itirmək təhlükəsi. Bilmirəm, bunlardan hansı daha təhlükəlidir: belə dəlicəsinə məftunluğa davam etməkmi, yoxsa ondan məhrum olmaqmı?
Sayfa 129Kitabı okudu
Hisslərə boyun əymək çox vaxt və haqlı olaraq pis qiymətləndirilir. İnsanlar özlərindən daha güclü görünən ehtiras və hisslərdən instinktiv olaraq qorxurlar; və bunların daha az inkişaf etmiş məxluqlara da xas olduğunu dərk edirlər. Lakin Dorian Qreyə elə gəlirdi ki, hisslərin əsl təbiətini anlamaq heç vaxt mümkün olmayıb; və bu ehtiraslar yalnız ona görə azğın və heyvani hisslər kimi qalmağa davam edir ki, insanlar həmişə onları boğmağa, ac qoymağa çalışınlar, ya da bu hisslərdə, ən mühim cəhəti incə bir Gözəllik instinkti olan yeni mənəvi həyatın elementlərini görmək əvəzinə, onları iztirablarla susturublar. Bəşəriyyətin tarix boyunca keçdiyi yola nəzər saldıqca, Dorianı təəssüf hissi bürüyürdü. Nə qədər şey boş yerə, ya da əhəmiyyətsiz məqsədlər uğruna itirilmişdi. Səbəbi qorxu, nəticəsi isə insanların özlərinin uydurduqları və cahillikləri üzündən qaçmaq istədikləri "düşkünlük" adlanan şeydən daha qorxunc bir alçalma olan nə qədər mənasız məhdudiyyətlər, qadağalar və özünü məhrumetmənin eybəcər formaları vardı. Təbiət gözəl bir ironiya ilə, vəhşi heyvanlarla bəslənsin deyə tərki-dünyaları səhraya qovar, zahidlərə də yoldaş olsunlar deyə çöl heyvanlarını verər.
Sayfa 146Kitabı okudu
Reklam