Nilufar Ashrafli

Nilufar Ashrafli
@Nymphaea_lily
Dilbilimci (Dil ve Eğitim uzmanı), Öğretmen
Yüksek Lisans (Birincilik)
Bakü, Azerbaycan
12 Mayıs 1992
67 okur puanı
Ağustos 2020 tarihinde katıldı
54 syf.
9/10 puan verdi
·
Beğendi
Bir ağac, min insana kölgə ola bilər!
Bir kitabın iz buraxması üçün səhfələrin deyil, sözlərin, cümlələrin, ordakı xarakterlərin önəmi vardır. "Ağac əkən adam" da çox az səhifəli, amma çox anlamlı kitabdır. İnsan bugün nə edirsə, gələcək nəsilə iz buraxır. Bugün bizə kiçik görünən addımlar, bir çoxunun həyatında unudulmaz təsir buraxır. Bu kitabı oxuyarkən, beynimdə daima bir cümlə fırlanırdı: Təmiz küçə istəyirsənsə, öncə öz qapının önünü süpürəcəksən.
Ağac əkən adam
Ağac əkən adam
Ağac əkən adam
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20211,972 okunma
Reklam
256 syf.
3/10 puan verdi
·
40 günde okudu
Həyatımda oxuduğum ən sıxıcı, darıxdırıcı və qarışıq kitab idi. Haqqında yazmağa gərək görmürəm. Onu deyə bilərəm ki, kitabın tək normal dialoqu və maraqlı olan hissəsi 204-cü səhifədə başlayır. Kitabda təsvir edilən "Yeni Cəsur Dünya" konsepti və sivilizasiyası məndə ikrah hissi duyurdu. Məncə, tam əksinə, "Çürümüş Qorxaq Dünya"-nı təsvir ediblər.
Yeni Cəsur Dünya
Yeni Cəsur DünyaAldous Huxley · Qanun Nəşriyyatı · 201855 okunma
384 syf.
6/10 puan verdi
·
Beğendi
Əgər bir yəhudi ailəsinin, yeniyetmənin müharibədə sığınacaqda nələr yaşadığını bilmək istəyirsinizsə, 13 yaşlı yəhudi qızı Anna Frankın gözüylə, onun qələmiylə yazılmış gündəliyi oxumağı tövsiyə edirəm. Kiti - Annanın gündəliyinə verdiyi ad, çünki ona dostu olaraq yanaşırdı. Az yaşı olmasına baxmayaraq, Annanın belə dərin, fəlsəfi və anlamlı baxış bucağını oxuduqca təəccüblənməmək əldə deyil. Düşünürəm ki, və hər dəfə bir daha əmin oluram ki, elə anlamlı düşüncələr ancaq çətin həyat keçən insanlarda səmimidir. Hətta ən güclü empati hissinə sahib birisi də qarşısındakının yaşadığını yaşamayıbsa tam anlaya bilməz. O qədər çətinliyə rəğmən öz ümidini, arzusunu, gələcəyə inamını itirməyən yeniyetmənin əlindən gəldiyi qədər özünü psixoloji olaraq hazırlayaraq həyata tutunmasını oxuyacaqsınız.
Gündəlik
GündəlikAnne Frank · Qanun Nəşriyyatı · 07,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
452 syf.
5/10 puan verdi
Y.V.Çəmənzəminlinin qələmini çox bəyəndiyim üçün bu kitabdan gözləntilərimi yüksək tutmuşdum. Halbuki, ilk səhifələrində çox fərqli bir şey oxumayacağımı anladım. Roman Rüstəmbəyin siyasi, sosial həyatını daha çox əks etdirir. Yazar, bir neçə cümləylə Rüstəmbəyin daxili, psixoloji halının ağır olduğunu bildirir və təəssüf ki, göstərə bilmir. Sözlərdə qalır. Üslub və təhkiyədə boşluq hiss edilir oxuyarkən. Romanı nə tarixi, nə sevgi, nə psixoloji janra aid etmək olmur. Qısası, nə o yanlıqdır, nə bu yanlıq. Çox gözəl başlayan bir neçə sevgi hekayəsini yazar yarımçıq qoyur və bəsit sonlarla oxucunu məyus edir. Bütün romanları, kitabları sevə bilmərik - cümləsini bu kitab üçün də söyləyə bilərəm.
Studentlər
StudentlərYusuf Vezir Çemenzeminli · Hədəf · 201365 okunma
500 syf.
7/10 puan verdi
·
Beğendi
Roman müharibə dövründən və Yunanıstanda adada yaşayan insanlar, İanis həkim, qızı Pelagiya və onun aşiqlərindən danışır. Amma çox hissə Pelagiya və italyan əsgərlərinin kapitanı Korelli arasındakı sevgidən bəhs edir. Lakin bu romanda mənim yadımda qalan xarakterlər var - onlardan biri Karlo oldu. Onun qəlbi, sevdiyi insana qarşı olan vicdanı digər vicdanlara bənzəmir. Mandras isə öz melodramı ilə kitabın ən təsirli xarakteridir. O da sevginin başqa tərəfini göstərir. Ümumiyyətlə, romanda sevginin fərqli çalarlarını tanıyırıq (Pelagiya, Korelli, Mandras, Karlo, hətta İanis sevgisi) və hər biri yaşamağa dəyər. Oxuyarkən gözümü yaşardan isə Pelagiyanın atası haqqında dediyi vida sözləri oldu. İanis həkim atalara nümunə bir personajdır Mən İanisi oxuyarkən Viktor Hüqonun "Səfillər" əsərində Jan Valjanın atalığı ağlıma gəldi. Oxşar hissləri Jan Valjanla tanış olanda keçirmişdim. Amma əlbəttə Jan bambaşqadır.
Kapitan Korellinin Mandolinası
Kapitan Korellinin MandolinasıLouis de Bernieres · Yay Nəşriyyatı · 2017474 okunma
Reklam
Reklam
Reklam