Nilufar Ashrafli

Nilufar Ashrafli
@Nymphaea_lily
Dilbilimci (Dil ve Eğitim uzmanı), Öğretmen
Yüksek Lisans (Birincilik)
Bakü, Azerbaycan
12 Mayıs 1992
67 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Romandan alıntılar
☆Mən – yaranı bu cür qanatmağın, ondan həzz almağın səbəbini bilirəm; bu – tale tərəfindən sıxışdırılan, bunun haqsız bir şey olduğunu dərk edən alçaldılmış və təhqir olunmuş adamların duyduğu həzdir. ☆“Əsas ağıl deyil, əsas ağla istiqamət verən insan təbiətidir, insan qəlbidir, nəcib xüsusiyyətlərdir, inkişafdır” ☆O axmaq ki öz axmaqlığını başa düşür, o daha axmaq deyil! ☆Deyirlər ki, toxun acdan xəbəri olmaz. Vanya, mən də bunu əlavə edim ki, ac da acı hər vaxt başa düşməz. ☆Əgər istəyirsən ki, sənə hörmət etsinlər, əvvəl özün özünə hörmət elə, bu birinci və əsas məsələdir, ancaq bununla, ancaq öz-özünə hörmət etməklə sən başqalarını da sənə hörmət etməyə məcbur edərsən. ☆Bilirsinizmi, axmaqlarla yaşamaqdan, bəli-bəli deyib onlarla razılaşmaqdan xoş bir şey yoxdur, bu əlverişlidir!
Reklam
544 syf.
8/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
Romanın qısa məzmunu
Dostoyevski insan duyğularının ədəbiyyatdakı rəssamlarından biridir. Romanının əsasında psixoloji realizmin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur.  Ən çirkin xarakterli kimi görünən knyaz Volkovskini Dostoyevski elə dərin təsvir etmişdir ki, nifrət etmək olmur knyaza. Knyazın ərköyün oğlu Alyoşanın açıqsözlülüyü, saf və sadəlövhlüyü özü daxil, onu sevən insanlara əzab verir. Vanya və Alyoşanın sevdiyi , rəğbət etdiyi Nataşadan daha çox mənə Nellinin həyatı təsir etdi və iz qoydu. Romanın sonlarını oxuduqca içimdə fərqli duyğular fırtınası yaşadım. Romanın son cümləsi isə bütün hadisələrin qısa amma tam məzmunudur: "Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!”
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918,8bin okunma
...bütün insan xeyirxahlığı əsasında çox dərin bir xudbinlik vardır. Bir iş nə qədər xeyirxahcasına olsa, orada xudbinlik bir o qədər də çoxdur. Mənim qəbul etdiyim yalnız bir düsturdur: özünü sev!
Sayfa 393 - Knyaz VolkovskiKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
544 syf.
8/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Fyodor Dostoyevski
8.6/10 · 18,8bin okunma
254 öğeden 226 ile 240 arasındakiler gösteriliyor.