Bilmərəm axı
Unutsun demisən məni o adam.
Mən səni unuda bilmərəm axı...
Hər kəsi, hər şeyi ovuda bilsəm,
Özümü ovuda bilmərəm axı...
Mən səni unutsam səsin inciyər, Evimdə asdığım şəklin inciyər.
Mən səni unutsam xətrin inciyər,
İncimə unuda bilmərəm axı...
O gül yanaqlara özgə toxunsa,
Ətrini duyduğum sənin qoxunsa,
Adına nəğmələr yazıb oxunsa,
Qəlbimi soyuda bilmərəm axı...