Qönçə

Qönçə
@Qongha
Kimse,hiçbir yeri geri dönmek için terk etmez..
Sonuncu görüş Bu sonuncu görüşdü, Gəlmişəm sağollaşaq. Sənə sitəm etmirəm, Gəl gülüm halallaşaq. Məndə qalan rəsmini, Gətirmədim biləsən. Sən ki, orda gülürsən, Qoy həmişə güləsən. Bütün sənə yazdığım, Şeirlərə yaxşı bax. Hər sözü bir dərd qoxan, Sətirlərlə yaxşı bax. Bu sonuncu görüşdü, Birdə təkrar olmasın. Gedəndə səs salma get, Çalış aşkar olmasın. Sən özünə yaxşı bax, Baxmasamda mən olar. Bağa bax ki, bağ olsun, Baxmasamda mən olar...
Sayfa 37·Kitabı okudu
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Hər insan darıxar, Amma hər insan darıxdı deyə darıxdığını axtarmaz, zəng eləməz, qapısına getməz... Kimisi qulaqlığı qulağına taxıb saatlarla yol gedərək musiqiyə qulaq asar, Kimisi həmin musiqini saatlarla siqaret çəkərək dinləyər, Kimisi oturub xəyallar qurar gerçəkləşməyəcəyini bilə-bilə, Kimisi şeir yazar, şəkillərinə baxar, roman yazar... yazar da yazar... Amma ən pis darıxmaq, həyatda olmayan birisi üçün darıxmaqdır. Hansı ki, bir daha əvvəlki günlərə qayıtmaq şansı olmayanlardır. Bax ən pis darıxmaq o darıxmaqdır. İnsanın birisi üçün burnunun ucunun göynəməsi. İstəsə də yanına gedə bilməməsi, səsini eşidə bilməməsi ən can alan dərddir. Dərdlərdən biri yox tək dərddir...
Sayfa 44·Kitabı okudu
Şəhid yarı: Ey mənim şəhidim, ey mənim yarım, Ey məni yarımçıq, yarım qoyanım, Yandırır bağrımı uzaq olmağın, Hardasan qırılan qolum-qanadım? Şəhid: Ey mənim həyatım, ey mənim canım, Bağışla sizləri yarım qoymuşam... Körpələr, qadınlar ölməsin deyə, Mən vətən uğrunda şəhid olmuşam! Şəhid yarı: Sən axı gedərkən söz verdin mənə - Bizimçün geriyə sağ gələcəkdin... Körpəmiz toyunda birgə oynayıb, Mənimlə birlikdə ağ geyəcəkdin. Şəhid: Bağışla, qurbanın olum, ağlama! Verdiyim sözləri tuta bilmədim... Vətənin ən çətin dar günlərində, Oturub kənarda dura bilmədim... Şəhid yarı: Bəs necə dözəcəm sənsizliyə mən? Arzular xəyallar səninlə getdi... Təsəlli tapdığım geyimlərindən, Qorxuram qoxunda zamanla itdi... Şəhid: Nigaran qalmayın məndən ötəri Bu məqam çox gözəl şərəfli yerdir... Uğrunda vardırsa ölənlər əgər, O zaman bir Vətən, Vətən deməkdir... Şəhid yarı: Səninlə fəxr edir, qürur duyuram! Mən şəhid yoldaşı, şəhid yarıyam! Allahdan arzumdur cənnətdə bir-bir Bütün yaralarını öpüb sarıyam...
Sayfa 47·Kitabı okudu
Bir qızı gözəl edən vallah onun xarici görünüşü deyil, ehtirası deyil, geyindiyi dar, qısa geyimləri deyil Şirin dilidir, Gözəl baxan gözləridir,Təbəssümüdür, Əxlaqı, tərbiyyəsidir, Danışdığı zaman özünə bağlayan, saatlarla danışsa da oturub dinləsəm dedirtməsidir. Boyu deyil, yaşı deyil, taxdığı qızıllar heç deyil Qoruduğu saflığı, gözlədiyi gələcəyidir...
Sayfa 22·Kitabı okudu

Qönçə

, bir kitap okudu
Puan vermedi·120 syf.·
2024 4. kitabı
Coşqun Həsənzadə
7.1/10 · 86 okunma