Rabiaa

Rabiaa
@Rabi4a
Ç𝚎𝚔𝚒𝚕𝚒𝚙 𝚔𝚊𝚋𝚞ğ𝚞𝚗𝚊 𝚒𝚗𝚌𝚒 𝚘𝚕, 𝚟𝚊𝚛𝚜ı𝚗 𝚍𝚎𝚛𝚒𝚗𝚍𝚎𝚗 𝚜𝚎𝚗𝚒 𝚗𝚎𝚏𝚎𝚜𝚒 𝚢𝚎𝚝𝚎𝚗 çı𝚔𝚊𝚛𝚜ı𝚗..
' Herkesin acelesi var. Oradan oraya koşturan bu insanlar nefes aldıklarının, yaşadıklarının, var olduklarının farkındalar mı acaba?"
Kitap Alıntısı
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Sevgi nədir?
Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya üçün ən böyük sirr olaraq qalırdı.
Kitap Alıntısı
Cücənin nağılı
- Sual vermək olar? - Buyur. Burda hər şey olar. - Dağıtmaqla necə xoşbəxt ola bilərik ki? - Sən cücənin nağılını oxumusan? Bu çox qəribə bir nağıldır. "CÜCƏNİN NAĞILI" Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ?İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”. Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə eləbilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı.
Kitap Alıntısı
Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlərdə ya əsgərlərdə olur. Nəyə görə? Çünki onlar hər an ölümlə üz-üzə gəlirlər. İnsan isə yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır. Adi zəlzələ yadındadı da? Olmuşdu ee bir neçə il qabaq. Bax həmin zəlzələdə hamı birləşdi, çox vaxt heç salamlaşmayan qonşular bir yerdə oturub çay içirdilər. Ölüm qorxusu insanları həmişə yaxınlaşdırır
Kitap Alıntısı
Axı biz heç vaxt çirkin adamın yanında demərik ki, “çirkinlik pis şeydi”. Deyərik - “Əsas insanın daxili gözəlliyidir”
Kitap Alıntısı