Ramazan Tağıyev

Ramazan Tağıyev
@Ramazan_Tagiyev
Bakı Dövlət Universiteti / Hüquq fakültəsi
Özgənin iztirabına rəsmi, işgüzar bir əlaqə bəsləyən hakim, polis nəfəri kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, artıq adi bir vərdiş olur və onlar istər-istəməz öz müştərilərinə rəsmi əlaqə bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə rəhmsiz, formal əlaqə bəsləyəndə isə günahsız adamı bütün əmlakından və hüququndan məhrum edərək, özünü katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız bircə şey lazımdır: vaxt.
Reklam
İnsana ən böyük cəsarəti verəcək bir şey varsa, o da heç bir şey itirməyəcəyini anlamasıdır.
Bu dünyada xoşbəxt adam yoxdur. Mən buna qəti əmin olmuşam. Sadəcə bəzi insanlar zahiri uğurla daxili aləmin böhranını bir araya sığışdırmağı bacarırlar.

Reader Follow Recommendations

See All
Biz hər şeyə yaxşı, ya pis ad qoymuşuq. Bəs gecənin zülmətində bizi yuxudan oyadan kədərə nə ad verək?
Adam bəzən puça çıxmış arzularına, xəyallarına görə yaxın bir kəsin ölümündən də betər ağlayır..
Reklam
Biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss edirik. Tənha adamlar da belədir. Başqalarının tənhalığını hiss edirlər.
Mənim xəyal dünyamda heç kim heç kimi incitmirdi. Polislər rezin dəyənəklə gəzmirdilər. Onların əlində həmişə gül dəstəsi olurdu. Şıltaqlıq edən adamın kürəyinə gül dəstəsiylə yavaşca vururdular, bununla da həmin adam səhv etdiyini başa düşərək hamıdan üzr istəyirdi. Mənim xəyal dünyamda terror, uşaq qətlləri, tətillər, aclıq, edam cəzaları yoxdur. İnsanların ən böyük məqsədi yaxşılıq etməkdir.
Tale dəyişkən, insanlar isə öz hərəkətlərində inadkardır. Buna görə də onların arasında uyğunluq olduğu müddətcə insan xoşbəxt yaşayır, bu uyğunluq pozulduqda isə bədbəxt olur.
Siz, deyəsən, mənə inanmırsınız, gülürsünüz ?Amma buraya baxsanız, danışdıqlarımın tamamilə həqiqət olduğuna inanarsınız !
Reklam
Axı neyləyim ki, əcaib işlər bir özgəsinin yox, həmişə elə mənim başıma gəlir!
Yoldaşlar, onu da yaddan çıxarmayın ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Gərək qarşı tərəfin gətirdiyi heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin.
Cəsarət hələ hər şey demək deyil! Sədaqət və itaət – ən vacib keyfiyyətlər bunlardır.
Kimsənin düşüncələrini söyləməyə cəsarət edə bilməyəcəyi bir dövr gəlmişdi.
Lakin artıq onları bir-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi
408 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.