Heyvanıstan

George Orwell

Comments and Reviews

See All
192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 days
George Orwellin Heyvanıstan kitabını yeni oxuma fürsətim oldu. Kitab hər hansısa bir ideologiyanın (düşüncəmə görə əsasda Marksizm ) qurulmunu dövrünü təmsil edir. Bie ideologiya və ya dövlət qurularkən onun ardıcıllığı demək olarki hər zaman eyni olur. Öncəliklə qurucu şəxs meydana çıxır və yeni ideologiyanın özgün fikirlərini bizlərlə bölüşərək
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
Reklam
192 syf.
10/10 puan verdi
·
Read in 12 days
İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil? Ah Corc Oruel... bu necə mükəmməl bir əsər, necə mükəmməl bir təsvirdir... Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər). Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr. Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı? " Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır. Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
8/10 puan verdi
·
Liked
"Heyvanıstan'' romanı yazıçının məşhur tənqidi və antiutopik əsərlərindən biridir. Əsər bir fermada baş verən hadisələrdən bəhs etsə də, əslində yazıçı SSRİ idarəçilik rejimini tənqid etmişdir. Kitabdan aldığım ən böyük dərs bütün canlılar "eyni"dir. Əsərdə heyvanlar tərəfindən qoyulan 7 prinsipə diqqətlə nəzər salsanız əslində bunun həqiqətən də belə olduğunu başa düşərsiniz. Heyvanların timsalında insan, güc, bərabərsizlik təsvir edilmişdir.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
192 syf.
10/10 puan verdi
·
Read in 3 days
Uzun bir zamandı oxumaq istəyib,amma oxuya bilmədiyim bu kitabı nəhayyət oxumaq üçün fürsət tapdım. Doğrusu,yaxın ətrafımın ağız dolu övdüyü bir kitabıda oxumaq üçün çox səbirsizlənirdim. Kitaba yeni başladığımda sıxılacağımı düşünsəmdə oxuduqca kitabın əslində dərin bir mənaya sahib olduğunu gördüm. Və bu tip içində dərin məna daşıyan kitabları
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
Reklam
192 syf.
·
Not rated
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxırlar. O, süd vermir, yumurtalamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovun tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanlar üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verilir. Qalan nə varsa hamısına özü yiyələnir. Torpaq bizim zəhmətimizlə becərilir, peynimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur...
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
192 syf.
10/10 puan verdi
·
Liked
"Aşağılık insan oğlu hər şeye alışır"- Dostoyevski
Sovet Hakimiyyətindən xilas olan bir ölkə düşünün. Və bir xalq düşünün ki, böyük hissəsi heç bur sorğulama aparmadan "yuxarıdan" deyilənləri qəbul edib əməl edir. Tanış gəldimi? Anlamadan sorğulamadan deyilən hər bir söz qəbul edilir Niyə? Çünki anlamaq və sorğulamaq enerji tələb edir amma əksi daha asandır. Həmin ölkədə belə bir
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 22 hours
Bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər!
Sadə və bayağı nəzəriyyələr praktikaya qoyulanda ortaya zaman daxilində özünü içdən-içə dəyişdirən, çürüdən bir sistem çıxır. Kitabı oxuduqca bir suala cavab tapmaq istəyirdim. Orwellin tənqid obyekti bir rejim (kommunizm nəzərdə tutulur), yoxsa quruluşun rəhbər tərəfindən ilkin məqsədlərindən uzaqlaşması idi? Əminəm ki, cavablar fərqli olacaq. Amma Napoleon obrazının özbaşınalığı məni ikinci cavaba yaxınlaşdırdı. Bokser ilə Bencamin isə sevimli obrazlarım idi. Bencaminin az danışmasına baxmayaraq müşahidə qabilliyəti, Bokserin isə hər şeyin həllini ağır zəhmətdə görməsi onları sevimli obrazıma çevirmişdi. “Gücün azdırıcı təsirinə satirik baxış”… Orwellin bu fikrini isə kitabdan xətlədiyim sitat daha da anlaşılır edir “Maraqlıdır ki, açar un kisələrinin birinin altından tapılandan sonra da heç kəs fikrini dəyişməmişdi.” Onların gözləri ilə gördüklərinə, qulaqları ilə eşitdiklərinə inanmaq haqqı öz xəbərləri olmadan əllərindən alınmışdı. Snoubolun taleyini acınacaqlı qılan, bəlkə də, elə bu idi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
159 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Tarixin qaranlıq üzünün satirik qalıqları...#CorcOrveləsəyahət
Deməəək, çox axıcı, maraqlı,həcv dolu,satirası,hətta sarkazmı yüksək şəkildə yazılmış siyasi, alleqorik bir əsər,yəni Heyvanıstan... Əsər Stalin dövrünün alleqorikləşdirilmiş şəkildə tənqididir.Burdakı heyvanlardan hadisələrə qədər,hər kiçik nöqtə bir tarixi hadisəyə işarədir.Əsərin lap girişində Qanun Nəşriyyatının hansı personajın kimi,hansı
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
Reklam
192 syf.
9/10 puan verdi
·
Read in 34 days
Corc Oruell qələmindən növbəti əsər - Heyvanıstan. İnsan adlı varlığın onları istismar etməsinə son qoymaq, öz istehsal etdikləri məhsullardan azad şəkildə, bərabər istifadə etmək, daha firavan və bərabər yaşamaq üçün heyvanlar fermada üsyan edir, sahibləri Consu qovurlar. Bütün hadisələr də bundan sonra başlayır. Əvvəlcə ali ideallar uğrunda
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247.4k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.