Gönderi

192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 22 hours
Bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər!
Sadə və bayağı nəzəriyyələr praktikaya qoyulanda ortaya zaman daxilində özünü içdən-içə dəyişdirən, çürüdən bir sistem çıxır. Kitabı oxuduqca bir suala cavab tapmaq istəyirdim. Orwellin tənqid obyekti bir rejim (kommunizm nəzərdə tutulur), yoxsa quruluşun rəhbər tərəfindən ilkin məqsədlərindən uzaqlaşması idi? Əminəm ki, cavablar fərqli olacaq. Amma Napoleon obrazının özbaşınalığı məni ikinci cavaba yaxınlaşdırdı. Bokser ilə Bencamin isə sevimli obrazlarım idi. Bencaminin az danışmasına baxmayaraq müşahidə qabilliyəti, Bokserin isə hər şeyin həllini ağır zəhmətdə görməsi onları sevimli obrazıma çevirmişdi. “Gücün azdırıcı təsirinə satirik baxış”… Orwellin bu fikrini isə kitabdan xətlədiyim sitat daha da anlaşılır edir “Maraqlıdır ki, açar un kisələrinin birinin altından tapılandan sonra da heç kəs fikrini dəyişməmişdi.” Onların gözləri ilə gördüklərinə, qulaqları ilə eşitdiklərinə inanmaq haqqı öz xəbərləri olmadan əllərindən alınmışdı. Snoubolun taleyini acınacaqlı qılan, bəlkə də, elə bu idi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248.8k okunma
·
37 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.