Jalə İslam

Sabitlenmiş gönderi
Oxucu rəyi ehtiyacı...
Bilinməzə məktub-4 Taxtadan təməli qoyulan bir evi dəmir hasarları nə qədər müdafiə etsə də, onu zamanı gələndə çürüməkdən xilas edə bilməz. Dağlanmış bir köksə yazılır bu sözlər, -"Əgər küsdürəcəyini zənn etmədiyin adamlardan küsmüsənsə, bəzəkli sözlər barışmaq üçün əsla kifayət etməz. Məhz elə bu an, bu dəqiqə oturub düşündüm ki, bir çox
Reklam
Və mən onu yenə də sevirdim...
Və mən onu sevirdim."Sevmək nədir?"-sualına daxilim bir cavab verəcək qədər cəsarətli deyildi. Ruhlar cəsarətlə qürur arasında nifrət toxumlarını əkərkən, qəlblər öz atış şiddətini iki mislinə çıxararkən, qələm ən son misranı yazmaqdan utanarkən mən onu sevirdim. Sevmək əgər şirniyyatımdan bir parça alıb qaçan qarışqaya zaman tanımaqdırsa, mən onu çoxdan unutmuşdum.Hər gün nəmlənmiş tələbə evinin mətbəxində barmaqlarım arasında onlarla qarışqa öldürürdüm.Və hər gün inanmadığım cəhənnəm vadisindən neçə metr torpaq qazandığım haqqında dırnağarası zarafatlar edirdim. Və mən onu sevirdim. Sevmək əgər daha da güclü olacağam sözünə əməl etdiyimi fərz etməkdirsə,mən onu çoxdan öldürmüşdüm.Və yenə tələbə evinin nəmli mətbəx stolu üzərində hər iki qolum balıncı əvəzləyir və öz balıncım saçlarımın qoxusuna çoxdan həsrət qalmışdı. Sevmək əgər böyüyərkən xoşbəxtliyin varlığına inanmaqdırsa, mən onu çoxdan dəfn etmişdim. Və yenə nəmli divarları olan tələbə evinin çirkli pəncərə şüşələri arxasından dəniz mənzərisini əvəzləyən yaşıl yarpaqlı ağac budaqlarına baxırdım. Və mən onu yenə də sevirdim. Amma yenə də özümü sevərkən sənə olan sevgim bir az daha azalırdı. Çünki mən nə birini sevəcək qədər könlü boş, nə də özümü unudacaq qədər könlü dolu deyildim. Amma mən onu yenə də sevirdim. Fəqət o kim idi...?!
Jalə İslam tekrar paylaştı.
Aqşin Yenisey
Aqşin Yenisey
Bundan sonra itmiş bir əşya kimi yaşamaq var həyatda Əmin olmaq var, səni nə vaxtsa kimsənin tapacağına və kiminsə ömrü boyu səni tapmaq üçün axtaracağına ümid var.

Reader Follow Recommendations

See All
Jalə İslam tekrar paylaştı.
Səni bağışladım, saflıq mücəssəməsi. Amma sonra nə isə oldu və yenə dönüb özümü alqışladım.
Yoxdur
İnsanlarla aramda həmişə bəlli bir sərhəd olub. Bu mövzunu əhatəmi bəlli kateqoriyalara bölmədən hər birinə şamil edirəm. İstər ən doğmam olsun, istərsə də ən uzağım anlaşa bilmirəmsə və yaxud bir-birimizi başa düşmürüksə, deməli uzun müddətli əlaqələri bərpa etməyin heç bir mənası yoxdur. Deməli, bəlli bir qrup var ki, nə mən özümü onların yanında rahat hiss edirəm, nə də onlar məni şəxsiyyət olaraq qəbul etməyi keçdim, artıq bir fərd olaraq qəbul edirlər. Həyatım məni bəlli-bəlirsiz davranışları ilə özündən iyrəndirən insanların daima qucağına atıb. Böyük bir sınaq olduğunu qəbul etdiyim gündən isə günlər, aylar deyil, illər keçir. Səbəblər çoxdur, düşmənlər çoxdur, dərd çoxdur, mənəviyyat yoxdur, vicdan yoxdur, vaxt yoxdur, yaşayış yoxdur.... Bu sıranı beləcə davam eləsəm ömrüm getməyəcək, yəni qısacası: Dərdimi ifadə edə biləcək cümlə yoxdur!
Reklam
Beş manat
Ah! həyatdan əlini biryolluq üzmək nə qədər çətin, həm də nə qədər asan idi. Ya da necə də doyumsuz idik. Necə də bədbəxt və necə də xürrəm idik. Amma necə də nəfəssiz və bir o qədər də qüvvətli idik. Keçən dəfə bir şəxs ilə söhbət edərkən bir cümləsi diqqətimi çəkdi. Deyirdi ki, pisliyə can qurban. Bunu deyərək sözünə davam edir və səbəblərini izah edirdi. Üzümə baxaraq, -Bu yolun sonu onsuz alovlu torpaq və cəhənnəm vadisidir, belə olan halda yaxşılıqlarımla niyə vaxtımı boş yerə itirim,- bunu deyib cibindəki son pula içki aldı və məndən ayrılaraq öz yoluna davam etdi. Mən isə otuz qəpik puluma yoldaş olsun deyə əlimi bütün ciblərimdə gəzdirərək on qəpik axtarırdım. Məlum məsələdir ki, avtobus qırx qəpikdir və əgər o on qəpiyi tapmasam, xalqımın düşüncə tərzindən öz qabıma müəyyən qədər mən də qoyduğum üçün beş manatımın başını pozmaq istəmirəm. Və... mən o on qəpiyi tapa bilmirəm. Çantanın dibindən bir beş, bir də üç qəpik tapıram. Beynimdə iki variant var : 1.Pisliyə can qurban. 2.Beş manatın başını poz) Nəysə bir az yaxınlıqda olan mağazaya baxıb birinci variantı düşünürəm. Sonra müsəlman olduğum və içimdə hələ də vicdan duyğusunu axtarıb tapıram. Həmçinin on qəpikdən tez tapdığımı düşünüb sevinirəm. Ya da zəngin bir əhatəm olmadığı üçün nəticələrinə özüm dayanmalı olduğumu anlayıb, öz içimdən özümə, -Öl yerində, heç sənə lazımdır?! -deyirəm. Nəticə isə budur ki, o beş manat artıq yoxdur və nə olursa, o beş manatın başı pozulduqdan sonra olur....
Jalə İslam tekrar paylaştı.
" Ağcaqanad qulağımızın dibində vızıldayıb yuxumuza mane olanda onu necə məhv etmək lazım olduğunu bilirdik; ancaq fikir bütün gecə beynimizdə dolaşıb səhərə qədər yatmağa qoymayanda çoxumuz o fikri necə məhv etmək lazım olduğunu bilmirik "
Sayfa 27
Jalə İslam tekrar paylaştı.
İşin məğzi hər şeyi sevməkdir. Artıq çəkinizi, pis vərdişlərinizi, qüsurlu övladınızı, qonşunuz və ya həyat yoldaşınızı sevin; hər şeyi sevin. Sevgi yığılıb qalmış enerjinin şəklini dəyişdirərək onu azad edir. "Mən səni sevirəm" demək Tanrını yaşamaq üçün ən doğru yoldur
Sayfa 263
Jalə İslam tekrar paylaştı.
Leyli ilə Məcnun, Romeo ilə Cülyetta ölməyib qovuşsaydılar, nə baş verərdi? Cavab hər zaman eynidi: Onları məişət öldürərdi.Siz qovuşmaq üçün dağları yarın, qan tökün, qanınızı töksünlər, zəncir taxıb səhraları dolaşın, özünüzə heyvanları yoldaş seçin, ayı, günəşi şahid göstərin sevginizə... Sonra məişət adlı mənasız xırda, gözəgörünməz bir şey, bir... nəsnə yerin altından səssizcə, incə-incə sızıb tədricən ətrafı palçığa çevirən su kimi girsin aranıza və... sevgi kaput! Bu qədər sadə və asan..
Reklam
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Jalə İslam tekrar paylaştı.
Öləndə də ümid kimi ölmək lazımdı. Biryolluq! Aqşin Yenisey
723 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.