Ramazanova_._

Ramazanova_._
@Ramazanova
الله " Yeni bir şey öğrenmeden geçirdiğim bir günde, benim için güneşin doğmasında bir hayır yoktur. " ~ Hz. Ali 
Bütün bunlar "təqdir"-dir. Mənim bura gəlməyim, sənin bura işə düzəlməyin, mənimlə tanış olmağın, Anderson fondunun yaradılması, bütün bunlar boş yerinə deyil. Biz inanırıq ki, Yaradan yer üzərində baş verən bütün hadisələri, xəstəliyi, ölümü belə əvvəlcədən təqdir etmişdir. Hər bir insanın başına gələcək hadisələr hər bir insan üçün individual olaraq seçilmiş və tərtib olunmuşdur. Bu seçmə zamanı insanın bütün qabiliyyətləri, bacarığı, gücü, gələcəyi və əsas da onun faydası nəzərə alınmışdır. Bu səbəbdən yazılmış hər bir işdə bir çox fayda və hikmət vardır. Bütün bu işlər insanın maddi və mənəvi yüksəlişinə gətirib çıxardır. Bu ilahi təqdir insanın tərəqqisi üçündür, tənəzzülü və çətinliklər içində əziyyət çəkməsi üçün deyildir. Buna görə də insan başına gələn işlərə, əlindən çıxan şeylərə görə üzülməməli, bəla və müsibətlər qarşısında ah-nalə etməməlidir. Bizim müqəddəs kitabımızda yazılıb : " Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl kitabda olmamış olsun. Heç şübhəsiz, bu, ALLAH üçün çox asandır". ( "Hədiq" surəsi, ayə 22)
Sayfa 137
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Səni mümkündür ki, gözəl insanlar əhatə etmişdir, lakin onların hər birinə səndən də yaxın olan kəslər vardır. Tənhalıq, kimsəsizlik də elə budur.
Sayfa 135
Villi, həyat hər nə qədər acımasız və sərt olsa da, insan hər nə qədər tənha və kimsəsiz olsa da, həmişə onu bu tənhalıqdan xilas edəcək bir kimsə vardır. Sadəcə onu tapmaq lazımdır. Bir çox hallarda da onu lazım olan məqamda ALLAH özü göndərir…
Sayfa 134
Həqiqətən, necə də insanlara digərləri barəsində zahirlərinə əsasən hökm etmək xasdır. Ancaq hrç kəs bu zahirin arxasında gizlənmiş xəzinəni və onda yatan dərin sirləri kəşf etməyə cəhd etmir. Ən zavallı və sadə bildiyimiz bir insanda belə böyük həyat sirləri mövcud ola bilər. Görəsən, nəyə görə ayağımıza geydiyimiz ayaqqabını marlasına, tikişlərinə, keyfiyyətinə, materialına qədər araşdırdığımız halda insanlar barəsində fikir yürüdərkən hərtərəfli təhlil aparmırıq?! Görəsən, nəyə görə biz düşünmədən, tələsərək fikir yürütməyə bu qədər meylliyik?!
Sayfa 134
İlk baxışdan yürüdülən mühakimə, adətən, yanlışdır. Ünsiyyət, bax bu yolla insanı tanımaq olar.. Ancaq Villi, həqiqətdə ünsiyyət də tam kifayət deyil. Biz tərəflərdə deyilir ki, insanı yaxşı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Təbii ki, bu, bir deyimdir. İnsanı yaxşı tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan. Çətinlik insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar.
Sayfa 128