Rəfi

213 syf.
·
Puan vermedi
·
Beğendi
"Xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil" deyir "Dolu" kitabının müəllifi Aqil Abbas. Mövzu nə qədər "yazıçı təxəyyülü" olsada təsir gücü, hadisələrin gedişatı mənə çox təsir etdi. Əsərin əsasında 2012-ci ildə rejissor Elxan Cəfərov tərəfindən eyni adlı tammetrajlı bədii müharibə filmi çəkilib. Kitabı oxumağınızı, filmi izləməyinizi tövsiyə edirəm.
Dolu
DoluAqil Abbas · 063 okunma
Reklam
271 syf.
10/10 puan verdi
·
Beğendi
"İlahi, varsansa çox şükür, yoxsansa eybi yox"
Rafiq Tağı 1950-ci ildə Masallı rayonunda anadan olub. İxtisasca həkim-kardioloq olan Rafiq Tağı həkimliklə bərabər ictimai rezonans doğuran, ciddi polemikaya səbəb olan yazılar da yazıb. Yazıçının qələmindən 500-dən artıq hekayə çıxıb, bu kitab Rafiq Tağının 1991-ci ildə kiril əlifbasıyla nəşr olunmuş "Pozitiv. Neqativ." hekayələr kitabının latın əlifbasıyla 2-ci nəşridir. Rafiq Tağı yaradıcılığından oxuduğum "Keçmişə yaxın yer" kitabında 47 hekayə yer alır. Yazılarına görə həbs həyatı yaşayan, təzyiqlərə məruz qalan, 2006-cı ildə nəşr olunan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani tərəfindən haqqında ölüm fətvası verilib. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu evinin qarşısında bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb, noyabrın 23-də vəfat edib.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20147 okunma
57 syf.
·
Puan vermedi
Araz Əliyevin tərcüməsi ilə Bakı Fəlsəfə Akademiyasının elektron formada təqdim etdiyi "90 Dəqiqədə Sokrat", "90 Dəqiqədə Platon", "90 Dəqiqədə Aristotel", "90 Dəqiqədə Nitsşe", "90 Dəqiqədə Konfutsi" və "90 Dəqiqədə Şopenhauer" kitablarını bitirdim. BFA-nın “Hər kəs üçün fəlsəfə” ideyasını daha da genişləndirmək üçün kitabları oxumağınızı tövsiyə edirəm. Hər kitabın oxunmasına 90 dəqiqədən də az vaxt getdiyini nəzərə alsaq oxumağa dəyər. Xoş mütaliələr!
90 Dəqiqədə Sokrat
90 Dəqiqədə SokratPaul Strathern · Bakı Fəlsəfə Akademiyası · 2020177 okunma

Okur Takip Önerileri

Tümünü Gör
240 syf.
10/10 puan verdi
·
3 günde okudu
"Bahar mehi" sənədli romanı İlkin Rüstəmzadənin ən son nəşr edilən, mənim isə onun yaradıcılığından oxuduğum ilk əsəri idi. Əsər dahi fars şairi Sədinin şeiri ilə başlayır. Görəsən, indi necədir Bağçamın vəziyyəti? Söylə, ey bahar mehi. ... İlkin bəyin "facebook"dakı paylaşımlarından kitabı oxuyan şəxslərin yaşanmış bir həyat olduğuna dair heyrət dolu şərhlərini görürdüm. Açıqcası qəribə gəlmişdi, kitabı oxuyanların yuxarı-aşağı hamısının fikirlərinin üst-üstə düşməsi. Bitirdikdən sonra, heç bir şərhin şişirdilmədiyinin, hətta zəif qaldığı qənaətinə gəldim. Çox təsirli idi və bir o qədərdə bu yaşanmış hadisənin qəhrəmanının ölmədən yazıçı ilə görüşünə, hadisələri ona nəql etməsinə sevindim. Roman İranda da oxunması üçün mütləq ən qısa zamanda fars dilinə tərcümə edilməlidir. "Bahar mehi" Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli qalmış ən möhtəşəm, hüznlü və ağrılı hekayəsindən bəhs edir. Əsər real hadisələr əsasında qələmə alınmışdır.
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202312 okunma
136 syf.
10/10 puan verdi
·
25 saatte okudu
06.05.2023-cü il Lənkəran kitab sərgisi Yazıçı və şair qonaqlar: Şərif Ağayar, Fəxri Uğurlu, Salam Sarvan, Şəhriyar Del Gerani və İlham Əziz. Mən sərgiyə əsas İlham Əzizi görmək üçün getmişdim. Amma hamısının çıxışı, söhbəti maraqlı idi. Maraqlı olmamaq üçün səbəb yox idi, 5 nəfər qələm əhli, 20 nəfərə qədər də onları bilən, tanıyan oxucu kütləsi. İlham Əziz 2017-ci ildən yaradıcılığa başlayıb. İlk kitabı "Şimşəkdən sonra" hekayələr toplusudur. Kitabda yazıçının yaradıcılığında fərqləndirilən 10 hekayəsi yer alıb. Kitabda olan aşağıdakı sual isə bir qədər düşündürür. "İnsan bu yaşda, bu zəmanədə heç nə etmirsə, niyə yaşayır?"
Şimşəkdən Sonra
Şimşəkdən Sonraİlham Əziz · Qanun Nəşriyyatı · 20222 okunma