Görünür, biz nə qədər möhkəm iradəyə malik olsaq da, dərdimizi, heç olmasa, bir nəfərin bilməsini istəyirik. Bu, bizim həmişə insan ünsiyyətinə olan dərin ruhi ehtiyacımızdır.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Mənim könül bağımda nadir bir gül açmışdı. Mən onun ətri, onun rayihəsi ilə xoşbəxt idim. Mən onun hüsnünə heyran idim. Onunla yaşayırdım, onun əsiri, pərəstişkarı idim. Səhərlərim onunla işıqlanırdı. Gecələrim onun xəyalı ilə dönüb bir əfsanə olurdu. Bir gün təbiətə həyat verən bir yaz tufanı onu vurub məhv etdi. Mən onun qurumuş, cansız ləçəklərini yığıb qəlbimin vərəqləri arasında gizlətdim. Özüm isə, ölmədim, yaşadım. Mən ən əziz balasını itirərək, sağ qalmış digər övladlarından təsəlli alan bir anaya döndüm. Mən sarsıldım, vaxtından əvvəl qocaldım, lakin ölmədim. Mən ana və vətəndaşam. Artıq nə lazımdır?
Mən yalqızam. Bu dünyada yalqız olmaq nə çətinmiş! Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq! Siz hamınız məni sevirsiniz. Mənim işimdən, hərəkətimdən razısınız. Əlbəttə, bu mənim üçün böyük təsəllidir. Lakin, bununla bərabər, mən yalqızam Çünki sizin heç birinizin mənim qəlbimdə nələr olduğundan xəbəriniz yoxdur. Siz məni dərdsiz-qəmsiz bir qız kimi, artist kimi tanıyırsınız. Mən isə, öz dərdimi hey danışmaq istəyirəm. Mən istəyirəm ki, siz mənim kədərimlə mütəəssir olasınız. Öz səadətindən əbədi olaraq əli üzülmüş bir qızın halına acıyasınız. Bu, mənim nəyimə lazımdır? Bilmirəm. Lakin mən öz qüssəmlə sizə nə isə demək arzusu ilə yanıram. Ona görə də, bir yerdə qərar tapıb dayana bilmirəm. Gecəm, gündüzüm yoxdur. Mən dahi bir piano çalan olsaydım, ürəyimi mahnılarla sizə açardım. Lakin mənim çaldıqlarım qəlbimdəkilərin qarşısında o qədər sönük görünür ki...
Mən bu halımı Hümmət kimi hər cəhətdən ləyaqətli bir oğlanın şəninə sığışdırmırdım. Mən özümü ona rəva görmürdüm. Bütün varlığı, gedib-gələn nəfəsi başqası üçün yanan bir qız onun nəyinə lazım idi? Axı, onu məndən də yaxşı qızlar sevə bilərdilər. Mən ondan öz qəlbimi gizləyə bilməzdim. Ürəkdə bir cür, üzdə başqa cür ola bilməzdim. Mən, başqasının oduna yandığım halda, onunla bir yastığa baş qoymazdım. O "başqasını" ürəyimdən qoparıb atmağa isə iqtidarım çatmırdı.