Röya Əliyeva

Röya Əliyeva
@Roya_ada
Happiness can be found, even in the darkest of times, if one only remembers to turn on the light.
Project manager and finance accountant
Baku Higher Oil School
•Baku, Azerbaijan
•Baku, Azerbaijan, 15 Aralık 2006
30 okur puanı
Aralık 2022 tarihinde katıldı
Şəxsi düşüncələrim
Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox. Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan! Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir. Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?! Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Pis insan var, yaxşı insan var. Birdə hər gün pis olmamaq üçün özünə əziyyət edən. Ən çətini 3-cü olmaqdır.
"Kölgələr heç vaxt Günəşi söndürə bilməz" -Gemini
Cinsi bərabərlik
Bu gün bir qohumumuzgildəydik. Uşaqları parka aparmışdıq. Kənarda bir karting yeri var idi. Hamımız maraqla ora baxırdıq. Bir neçə gənc(oğlanlar) yarış edirdi. Uşaqlar da gedib daha yaxından baxmaq istədi. X qohumumuz balaca oğlunu qucağına alıb yoldaşına dedi ki siz gedin biz biraz yaxından baxacağıq. X-ın böyük oğluda onlarla bərabər getmək istədi. 7 yaşında olan X-ın qızı da təbii olaraq qardaşı ilə getmək istəyəndə anası yüksək səslə qızına qışqırdı. "Sən qızsan! Sənə neçə dəfə demişəm özünü oğlanlarla bir tutma." Ümumilikdə yaxşı insanlandırlar amma düşüncə tərzləri çox dardır. Bundan xəbərim olsa da etirazımı bildirdim. Axı o uşaqdır, niyə oğlanlardan fərqli olduğunu deyirsiniz dedim. Nolsun, indidən özünü oğlanlarla bir tutmamalı olduğunu öyrənməlidir dedi. Cavab qaytarmadım, çünki 40 yaşına gəlmiş insanları düzəltməyə çalışmağın sadəcə vaxt itkisi olduğunu bilirdim. İndi isə bir şey düşünürəm, mən də qızlarıma eyni şeyi fəqli mənada deyəcəm. Özünü oğlanlarla bir tutma, çünki sən çox daha ali bir varlıqsan!