-Mən əvvəllər rəssam olmuşam,indi isə boynuma qoyurlar ki,dəliyəm.
-Bu yeni peşəndən məmnunsan,deyəsən?
-Şikayətim yoxdur.Onsuz da,dünyanın yarıdan çoxu bu peşənin sahibidir.
Döyüşlərdəki vəhşiliyə qarşı üsyanımın əsl səbəbi bu vəhşiliyin əsassız olması idi.Əsgərlərim bunu nə üçün,hansı səbəbə belə etdiklərini bilmədən rəqiblərinin boğazlarını üzürdülər.Bu,sadəcə,pozulmuş bir cəmiyyətin onların çiyinlərinə yüklədiyi bir tələb idi.Qısası,mənim üsyanıma səbəb olan şey,əslində,silahlar deyil,onlardan əsassız istifadə idi.