Xalq öz azadlığı,kölə olmaması üçün canından keçməyə hazırdırmı?Hazırdırsa,o xalqın sayının azlığı önəm daşımır.Biri ölür,yerinə onu,onu ölür yerinə yüzü,mini gəlir.
-Vətənpərvərlik doğulduğun mələkətə,səninlə eyni səmanı,torpağı bölüşən insanlara duyduğun təmənnasız sevgidən,məsuliyyətdən,ləyaqətdən yaranır.Bu hissləri olmayan adamla vətəndən danışmaq mənasızdı.Torpağı sevmək anaya,övlada olan hiss kimidir."Niyə sevməliyəm?" demirsən,sadəcə sevirsən.İndi sən mənim sevgimi sorğu-suala çəkirsən.