-Mənim vətənimin Ukrayna olduğunu kim dedi? Onu mənə vətən edən kimdir? Vətən - ruhun axtardığı, əziz tutduğu şeydir. Mənim vətənim sənsən, sənsən mənim vətənim! Mən öz vətənimi ürəyimdə daşıyacağam, baxaq görək hansı kazakonu mənim ürəyimdən qopara bilər! Bu cür bir vətən uğrunda nəyim varsa satar, paylayar, məhv edərəm!
Bəzən bir qızın baxışlarında olan mənanı, bu baxışları görənin qəlbini dolduran riqqəti, hansı həkkak, hansı rəssam fırçası, hansı qüdrətli söz ifadə edə bilər?
Yaxşı döyüşçü təkcə böyük işlərdə özünü itirməyənlər deyil, bəlkə, işsizlikdə də kədərlənmədən hər şeyə qatlaşan və necə olur-olsun öz məqsədinə çatanlardır.