Səidə Bağırova

Səidə Bağırova
@Saida221B
3 okur puanı
Mayıs 2024 tarihinde katıldı
208 syf.
7/10 puan verdi
·
Beğendi
Qarmaqarışıq
QarmaqarışıqNəimi
9/10 · 112 okunma
Reklam
208 syf.
7/10 puan verdi
·
Beğendi
Son zamanlarda oxuduğum kitablar dili ilə məni çox yormuşdu. Amma "Qarmaqarışıq" sadə anlatım dili, real həyatın içindəki obrazları, ilk hissəsinə aid olaraq 4lü qrupun ətrafında cərəyan edən bütün hadisələrlə məni özünə çəkib 3saat ərzində bitirtməyi bacardı. Hə biraz yavanlıq vardı amma yazarın ilk əsəri olması bunu görməzdən gəlməyə
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma

Okur Takip Önerileri

Tümünü Gör
424 syf.
6/10 puan verdi
Kitaba tövsiyə ilə başladım. Hətta yazarla ilk tanışlığım idi. Olduqca yüksək beklentilerim olmasına rəğmən 413 səhifəlik kitab böyük bir xəyal qırıqlığı oldu mənim üçün. Əslində Azurla olan dərs hissələri, seküler və muhafazakar tərəflərin fikir ayrılıqları olduqca cəlbedici və düşündürücü tərzdə yazılmasına rəğmən ucu heç bir nöqtəyə bağlanmaması həm obrazlara, həm də oxuyucuya böyük hörmətsizlikmiş kimi gəldi. Romandakı yarımçıq qalmış həyatlar, izahsız hadisələr, səbəbsiz və nəticəsiz hərəkətlər kitabın verdiyi bütün hissiyatı özü ilə ucsuz bir boşluğa aparır. Romanın adındakı "3 kız" əslində heç yoxmuş kimi bitirildi. Oysa hər biri barədə ayrıca kitab yazacaq qədər fərqli obrazlar işlənmiş amma heç birinə yetəri qədər dəyər verilməmişdi. Romanın əvvəlindən sonuna qədər məchul və sanki ortaya çıxsa dünyanın səmti dəyişəcəkmiş kimi böyüdülən hadisə bir neçə cümlə ilə izah belə olunmadan səbəbsizcə bitirildi. Professor Azurla olan söhbətlər və dərs hissələri, müxtəlif din və düşüncələrə sahib insanların zidd fikirlərindəki haqqlı və haqqsız cəhətlər, "Tanrı" və "Tanrı arayışı" ilə bağlı qarşılıqlı dialoqlar və sitatlar kitabı daha oxunabilir hala gətirdi.Kitabın uzunluğuna rəğmən boşluqda qalan neçə-neçə yarımçıq hadisələr və ən çox da kitab və obrazlarla əsla əlaqəsi olmayan bir son heç gözləmədiyim cəhəti idi bu romanın.
Havva'nın Üç Kızı
Havva'nın Üç KızıElif Şafak · Doğan Kitap · 201616,3bin okunma