Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səma Məmmədsalahova

Cümhuriyyətimizin 106-cı ili...
Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Əmin Abid Gültəkin
Əmin Abid Gültəkin
Reklam
Niyə sevdim mən səni? Niyə vuruldum sənə? Özüm də bilmirəm heç, Nəyin xoş gəldi mənə. Deyim, qara qaşların, Qara gözlərin oldu. Qırmızı yanaqların,
Xalqın şairinin 87 illiyi...
Baxçaya qoymusan dəmir qəfəsi, Baxsam, öldürərlər, baxmasam, ölləm. Qaracaoğlan Birinin bar verir guya söyüdü, Buluddan tayası, yağışdan südü, Di gəl bu ordenli, şöhrətli "bütü", Yıxsam, öldürərlər, yıxmasam, ölləm. Qulaqlar uyuyur bir xoş yalanda, Vəd verən də bilir, vədi alan da. Bu söz oyununda naçar

Okur Takip Önerileri

Tümünü Gör
Gözəgörünməzim, can tutalcağım, Salam, Ruhum, salam! Salam, dustağım! Hərdən özüm kimi boylanıb göyə, Qışqırma içimdə azadlıq deyə. Səni buraxmaram, yalvarma yetər, Taqəti, mayası sənsən canımın "Sanma bircə ləhzə keşikçim yatar, Fikri qalıb məndə nigahbanımın?" Bütün gündüzümdə, gecəmdə oxu, Ayağım keşikçi, dilim keşikçi -
Əlini ver, ömür dostum, əlini, Əl ki əldən bərk yapışa, yorulmaz.
Musa Yaqub
Musa Yaqub
Reklam
🍀 Bu gün Azərbaycan poeziyasında öz səmimi, gözəl şeirləri ilə xüsusi yer tutmuş xalqın şairi Musa Yaqubun anım günüdür. Görkəmli şairin ruhu şad olsun. 🍀 Yolları çox uzun, Göyləri dərin, Bir də Vətən verib sevgisi şirin...
Musa Yaqub
Musa Yaqub
Leylaklar açtığı vakit gel.. Bir bahar mevsiminde.. Gün doğumu olsun gönül kapımı çalışın.. Sümbül kokusu sarhoşluğunda ruhum, Karşılasın seni.. Nerelerdeydin? Bu kaçıncı leylak mevsimi? Sormasın hiç yüreğim.. Boynuna dolansın sevdamın kolları.. Sorgusuz sualsiz Öylece hoş gelmiş ol gönül bahçeme.. Bir daha gidişin olmasın hiç yüreğimden.. Sonsuzluğa yürüyelim Sevdalı iki ruh sarmaş dolaş.. Geçmişin külleri rüzgarlarda savrulsun.. Ve olacaksa ölümüm Bir leylak mevsiminde seninle olsun.. (Filiz Turan)
Bu qədər dolaşıq yollar içində, Qədərsiz bu qeyli-qallar içində Bir yolun yolçusu olmaq çətindir. Bu qədər mütilər, qullar içində Bir elin dərdinə qalmaq çətindir. Bu qədər dolaşıq kələf içində Bəlkə bir açılan kələfi görmək, Bu qədər boz üzlü tərəf içində Haqqın üzündəki tərəfi görmək, Onun tərəfini tutmaq çətindir. Bu kələf açılmaz diş-dırnaq
Mən artıq nə yazım yurduma dair, Düşmən zəhər saçır, dostlar gizlənir. Bilməm öz yurdunu sevən bir şair Nə üçün bir cani kimi izlənir? Gizli yol kəsmədim, qaçaq olmadım, Sakit bir həyatı pоzmadım mən ki, Heç kimə qanlı bir bıçaq оlmadım, Heç bir qətlə fərman yazmadım mən ki... Bəs neçin qəribəm bu doğma eldə, Məhbəsmi dörd yanım, mən ki bоğuldum... Məlun bir zamanda, məhkum bir ildə Allahım, mən neçin şair doğuldum?..
Almas İldırım
Almas İldırım
Bir zaman qоynunda mən də yaşadım, Sоkakdan-sоkaka səsləndi adım, Bilməm sönəcəkmi səndəki yadım? Bəlkə də, dönəməm sana, əlvida…
Almas İldırım
Almas İldırım
Reklam
Mən niyə baxıram yollara yenə? Sən ki bu yollardan gələn deyilsən… Bir zaman qoymazdın ürəyim yana İndi bir dərdimi bilən deyilsən. Qəmimdən xəbərsiz, məndən xəbərsiz Daha bu yerlərdə salmadın bir iz Ürəyim nə yaman darıxır sənsiz Sən ki bir danışıb gülən deyilsən. İnsan baş çıxarmır bəzən özündən İnciyir dostunun bircə sözündən Mən çox ağlasam da sənin üzündən, Sən ki göz yaşımı silən deyilsən. Mən niyə baxıram yollara, yenə Sən ki, bu yollardan gələn deyilsən Bir zaman qoymazdın ürəyim yana İndi bir dərdimi bilən deyilsən...
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
Novruz bayatıları
Mən aşiqəm, alışar, Zəhmət çəkər, çalışar. Novruz günü gələndə Küsülülər barışar. Mən aşiqəm, oyarlar, Deyib, gülüb doyarlar, Novruz bayramı üçün, Yumurtalar boyarlar. Mən aşiqəm, çökərlər, Sındırarlar, sökərlər. Novruzda ağırlığı Tonqal üstə tökərlər. Ordan axan arxdımı? Üzündə duvaxdımı? Novruz gəlib yetişdi, Ayrı duran vaxtdımı?! (Rəsm əsəri: "Novruz süfrəsi". Rəssam: Vaqif Ucatay)
Mahiyyətində birlik, bərabərlik, firavanlıq, özgürlük, əmin-amanlıq kimi vacib dəyərləri ehtiva edən NOVRUZ Bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, bu möhtəşəm gündə fürsətdən istifadə edərək Sizə və əzizlərinizə AZAD və XOŞBƏXT yaşamağı arzulayırıq. Novruz bayramınız mübarək olsun! 🌷🍀
481 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.