İsmim Nova
Karışırım gökyüzüne ve nice karanlıklarda dahi parlarım
Açığa çıkan büyük bir enerjinin tek karşılığıyım
Ansızın parlayan və göz alan bir ışık patlamasıyım
Ermənilərin Xocalıya hücumu zamanı ailəsinin vəhşicə öldürülməsindən sonra əsirlik həyatı yaşayan Elnurə çox çətin günlər keçirir.Elnurə əsir alındığı zaman məktəbli bir gənc qızikən əsirlikdən qurtulduqdan sonra ana olacağını öyrənir.Bu gənc qızın öz milləti tərəfindən əsirliyi isə elə bu gündən başlayır
Hər bir azərbaycanlının oxumalı olduğunu düşündüyüm bu roman öz doğma torpaqlarında-Qarabağda əsirlik həyatı yaşan azərbaycan qadınlarından bəhs edir. Ona görə oxumalıdırlar ki, xalqımız öz düşmənlərini yaşayaraq,hiss edərək tanıyıb, kim olduqlarını bilib, heç bir zaman unudmasınlar. Öz yoldaşını,anasını, bacısını,qızını ermənilərə əsir verib namuslarının, mənliklərinin tapdalanmasındansa öz əlləri ilə öldürən İsrafil kimiləri unudmasınlar.Bir döşünü kəsib digər döşünə közlə xaç damğası vurulan Xurşud müəllim
kimiləri,yaşamağı çox sevən lakin erməni vəhşiliklərinə dözməyən öz paltarları ilə özünə ip düzəldib özünü asan Qiyamət nənə kimilərini unutmasınlar.Balası qarnındaykən qarnı kəsilib balası təpiklə öldürülən Ceyan kimiləri unutmasınlar.Körpə olmağına baxmayaraq bir gözü çıxarılıb ayağı sınan Rəhiməni,balasının geridə qoya bilməyib ermənilərin hər vəhşiliklərinə dözərək özünü ödürə bilməyən İsmət kimiləri unutmasınlar.