Zülfiyyə Şükürzadə

Zülfiyyə Şükürzadə
@Seele
Tarix müəllimliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan/Bakı
18 okur puanı
Mart 2024 tarihinde katıldı
"İnsan her zaman az buçuk suçludur".
Reklam
R.M.Alberes
"İnsan her şeyi kaybetmeli ki, her şeyi alabilsin".
"Bəzi xəyallar gerçək olmağa, xəyal olaraq qurulduğundan daha çox layiqdir".

Okur Takip Önerileri

Tümünü Gör
-- Voltaire
"Göz yaşları iztirabın səssiz təzahürüdür".
Siz necə düşünürsünüz?
"Həyatda yaşadıqlarına, ümumiyyətlə həyata dar çərçivədən baxdıqda bu bir tragediya, geniş bir çərçivədən baxdıqda isə komediyadır".
Reklam
DEKART İSTİQAMƏTİNDƏ İLK BAŞLANĞIC
Rene Dekart... Modern Fəlsəfənin sözcüsümü yoxsa köhnə ilə yeni arasında sağlam bir körpümü? Dekart özündən əvvəlki mütəfəkkirlərdən fərqlənirdimi və yaxud özündən sonra gələn filosoflara yeni bir metod yaradıcısı olaraq nə miras qoymuşdur? Bu kimi sualların düşünülərək araşdırılıb öyrənilməsi o qədər maraqlıdır ki... Fəlsəfəyə dayanan biliklərim əsasında onu deyə bilərəm ki, bu filosof haqqında danışarkən biz: "Müasir Fəlsəfənin Qurucusu" olaraq sözə başlasaq onu yanlış bir fikirdə və yanlış bir tərzdə yüksəltmiş olarıq ki, bu da onun fikirləri ilə tanış olarkən yaranmış olan düşüncələrimizə yanlış bir istiqamət verə bilər. Ən başlıca: "Bu fikri Qaliley söyləmiş və Nyuton daha da genişləndirmişdir, burada yenilikçi bir metod olaraq nə görə bilərik ki?" fikri bizə hakim ola bilər. Ancaq, Rene Dekartı bu şəkildə deyil də, onu həm yeni dövrün sözcüsü, həm də köhnənin bir təmsilcisi kimi təqdim etsək "Dekart Fəlsəfəsinə -- Kartezyen Fəlsəfəsi" doğru bir istiqamət vermiş olarıq. Nəticə olaraq, filosofun özündən əvvəlki dövrlərlə zəncirini qoparmadan, onun yeni, yəni özündən sonrakı dövrə olan təsirini anlaya bilərik. Yazımın olduqca maraqlı ardı olacaq...
Öz Qələmimdən..
Şəkk, Şübhə... İçini tamamilə bir qaranlığa bürüyən, bütün xislətlərlə içini dolduran və səni, adəta, bir şeytana çevirən bir başlanğıc. Elə bir başlanğıc ki, hər kəsə qarşı hər zaman yarana bilən. Ən dəyərli olanlara, ən qıyılmaz insanlara qarşı belə... Dəlili olmasa belə, insanı gözdən salacaq və sonuna səbəb olacaq iblisimsi toxumlar... Elə bir toxum ki sübutla deyil, içini gəmirən ziddiyyətlərlə var olan və get-gedə böyüyən... Elə bir toxum ki onu yox etməyə heç kimin gücü çatmayan... Elə bir toxum ki sənin qüdrətinin qarşısında belə məhv olmayan... İçində var oldu mu səni yaşarkən belə öldürmədən əsla bitməyən... Ruhuna cəhənnəmi belə çox görüb, səni arafda yaşamağa məcbur edən bir toxum... Beynində dumanlara və əsla silinməyəcək ən dəhşətli xatirələrə, qəlbində ən kəskin ağrı və acılara, çiyinlərində daşıyamayacağın, lakin heç bir zaman da qurtula bilməyəcəyin yüklərin var olmasına səbəb olan şeytansı qığılcımlar... Ya içində bu qığılcımı yox etməlisən, ya da onun səni bitirməsini izləyəcəksən. 16.04.2023 Sultan Süleyman və Sədr-Əzəmi İbrahim Paşa dostluğundan təsirlənərək...