Bu kitab bir ailənin həyatının necə bir anda dəyişdiyindən bəhs edir.Kapitalizmin başlanğıcı insanları necə vəziyyətlərə saldığı,necə çətin işlərdə işləməyə məcbur olduqları,necə hər kəsin evini,yurdunu,doğma torpaqlarını tərk edib,bambaşqa bir həyata addımladığını görürük.Böyük bir ailənin yolda yaşadığları çətinliklər,itkilər,aclıqla,susuzluqla olan imtahanları və ailə olmanın önəmini birliyini oxuyuruq.Kitabdakı Ana rolunun gücü,mərdliyi,sarsılmaz inamı bir ailəni bir arada tutmaq əzmi çox təsirli idi.
Oxuyan hər kəsə xoş mütaliələr.
Qəzəb SalxımlarıJohn Steinbeck · Qanun Nəşriyyatı · 201745,7bin okunma
İki nəfərə bir nəfərdən yaxşıdır,çünki onların əməyi lütfkarcasına mükafatlandırılır.Çünki biri yıxılsa əgər,o biri öz yoldaşını qaldıracaq.Yıxılarkən qaldırmağa adamı olmayan kəsin isə dərdi böyükdür.